Ebaydan alınan malın izləmə kodu yoxdur!

Salam mən dünən ebaydan telefon üçün örtük aldım. Adres, poçt kodu və bütün məlumatları dəqiq qeyd etmişəm. Satıcı da etibarlıdır. Ama hələ də çatdırılma tarixi və izlənmə kodu qeyd edilməyib ama pul ödənilib. Nə edə bilərəm? ola bilər ki sabaha qeyd olunsun? Xahiş edirəm kömək edin Təşəkkürlər...

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Sahmar.M (2016-05-29 11:41:33)
Çox sağolun. Minnətdaram

Bextiyar Azeroglu (2016-05-29 11:37:38)
heÇ bir problem yoxdur. çatdırılma tarixi də göstərilib gözləyin 16iyun-12iyul aralığında malınız çatacaqdır.

Sahmar.M (2016-05-28 23:17:50)
Dostlar mailimə yenidən nəzər saldım mesajların içində yox idi ama (промоакции) deyilən yerə baxdım orada var idi. Sonra yenidən maile girdim mesajlara gəldi http://i.imgur.com/n8h3XaF.jpg?1 bir də my ebaydakı şəklin atım budur- http://i.imgur.com/ddBIPhU.jpg?1 Belə bir problem yoxdur? narahatam

Sahmar.M (2016-05-28 22:56:00)
Mənim paypal hesabım yoxdu sadəcə malı visa kart vasitəsi ilə alıram. Bu formada 2 ədəd 16 gb yaddaş kartı almışam və hal hazırda işlək vəziyyətdədir. Telefonun kabrasın alan günü selfi çubuqu da zakaz etmişəm o maile gəlib. Amma kabra hələ də mailə gəlməyib nə də izləmə kodu və çatdırılma tarixi qeyd olunmayıb Satıcının da 99% geri bildirimi var (və Top-rated seller ) qeyd olunub.

Sahmar.M (2016-05-28 22:03:21)
biriviz mənə əlaqə üçün facebook verin şəkillərnən göstərim. Belə deyə bilməyəcəm facem https://m.facebook.com/sahmar.memmedzade.1

NONANE (2016-05-28 19:16:02)
Ebayda nadir hallarda payplasiz almaq olur. Siz hemen malin linkini atin bura baxaq. Sora sag terefde "My ebay" girin , alinan malllar ordadir.

Maqa (2016-05-28 18:00:09)
siz ətraflı yazın malı paypalsız necə almısız özü də deyirsiniz satıcı etibarlıdır

Sahmar.M (2016-05-28 17:42:48)
orda malı geri qaytarmaq düyməsi var onun vasitəsi ilə malı geri qautarsam pul da qayıdacaq? sonra yenidən alaram

Sahmar.M (2016-05-28 17:10:24)
mən plastik kart vasitəsi ilə etmişəm ödənişi. Zəhmət olmasa faceye baxa bilərsiz ordan danışaq çox xaiş

Bextiyar Azeroglu (2016-05-28 17:05:41)
bəlkə sifariş qeydə alınmayıb. paypal-a girib baxın görün həmin sifarişə görə ödəniş var?

Sahmar.M (2016-05-28 16:35:11)
Mailə də gəlməyib. Həmin günü selfi çubuqu da almışdım amma o gəlib maile.

Bextiyar Azeroglu (2016-05-28 16:06:34)
Ucuz mallarda çox vaxt izləmə kodu verilmir. Çatdırılma tarixi malı sifariş edən anda göstərir. Təxmini tariixi göstərir: 10april-5may belə bir şey. Sadəcə sizə mail gəlməlidirki bu malı aldınız bu qədər pul balansdan çıxarıldı.