Pointer C++

Salam C++ pointerləri niyə işlətməliyik və ya nə zaman ? *m = &n; m = n; arasındaki fərq nədi ? pointerin daha sürətli olmaqı ? Yəni hər yerdə isdifadə etmək düzdürmü ? :) təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

ahmed (2016-06-01 08:54:18)
Mühazirələrlə bağlı elanlar adətən ilkaddimlar.com -da yerləşdirilir.

Till (2016-05-31 21:54:45)
Sizin assembler dərsinizdə işdirak etmişəm işlərinizdə uğurlar mühazirənizə qoşulmaq mümkündümü əgər mümkündüsə necə xəbər tuta bilərəm ?

ahmed (2016-05-31 09:05:18)
Göstəricilər youtube http://ilkaddimlar.com/C++/707/Siyahilar Yeni dil ilə bağlı işlər davam edir. Hal -hazırda kompilyatorun ən son və mürəkkəb hissəsində, proqram mətnində səhvlərin diaqnostikası hissəsində çalışmalar davam edir. Bu semestr mühazirəmiz olmadı, amma böyük ehtimalla gələn semestrdən yenə mühazirələr təşkil edəcəyik.

Mövla (2016-05-29 18:42:18)
Çox sagolun cavaba görə daha yaxşı başa düşmək üçün kitab adı deyə bilərsinizmi ? 1 də səhf etmirəmsə siz təzə dil yaratmışdız və assembly dən Xəzərdə kurs keçmiçdiz ?

ahmed (2016-05-29 12:23:49)
Pointerlər - Göstəricilər yaddaş dəyişənləridir. Yəni özlərində qiymət olaraq yaddaş ünvanı saxlayırlar. Aşağıdakı kodu icra edin görün hansı nəticə verər: [code] int *m , n; m = &n; printf("%p ", n);[/code] n dəyişənin yaddaşdakı ünvanı çap olunacaq. Bu cür əməliyyatlar üçün göstəricilərin heç bir önəmi yoxdur. Sadəcə funkisyalara parametri ünvana görə ötürəndə istifadə olunur. Başqa cür funksiya daxilində parametrin qiymətin dəyişmək olmaz. Amma göstəricilərin əsas tətbiqi və yaradılma səbəbi dinamik verilənlər strukturlarının (siyahılar və ağaclar) göstəricilər vastəsilə realizə olunmasıdır. Bundan əlavə yaddaşın təhlili zamanı göstəricilərlə işləmək çox əlverişlidir, alternativi də yoxdur C/C++ dillərində. Təhlükəsizlik səbəbidən Java, Php və digər dillər yadaşa istinad etməyə icazə vermir və bu dillərdə göstəricilərdən istifadə olunmur. P,S. Mən C++ dili bağlı bir kitabda göstəricilər başlığına çatanda müəllif başlığın altında belə bir yazı yazmışdı: Proqramçılarla - tələbələrin ayrıldığı yerə gəldik.