Mövzuda tam yazını ləğv etmək

Twenty Thirteen mövzusunda kateqoriyalara əlavə olunan yazılar tam düşür. The_content-i excerpt ilə əvəzlədim amma yazı özü də görünmür. Bir neçə başqa üsul da yoxladım alındıra bilmədim. Bunu necə həll edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Alven (2016-06-03 16:33:39)
Kodu düzgün əlavə edə biləcəyim yeri təxmini deyə bilərsiz zəhmət olmasa?

E. Hacı (2016-06-03 09:19:14)
Sizə dəqiq həlli yazdım, sadəcə düzgün yerə tətbiq etməmisiz

Alven (2016-06-02 21:54:11)
Dediklərinizi etdim amma alınmadı. Bu koda baxın zəhmət olmasa, [code] <div class="entry-summary"> </div><!-- .entry-summary --> <div class="entry-content"> &lt;?php /* translators: %s: Name of current post */ the_content( sprintf( __( 'Continue reading %s <span class="meta-nav">&rarr;</span>', 'twentythirteen' ), the_title( '<span class="screen-reader-text">', '</span>', false ) ) );[/code] burada axtarış üçün the_excerpt var amma content üçün yoxdur. Axtarış zamanıda excerpt nəticə excerpt şəklində gəlir.

E. Hacı (2016-06-02 12:07:16)
Yəqin ki nəsə anlaşılmazlıq var, the_excerpt işləməli idi. Excerptin uzunluğunu functions.php-yə sadə kod əlavə etməklə məcburi məhdudlaşdıra bilərsiz [php] function wpdocs_custom_excerpt_length( $length ) { return 150; } add_filter( 'excerpt_length', 'wpdocs_custom_excerpt_length', 999 ); [/php] Bu da kömək olmasa o halda çap olunan yerdə substr(get_the_content($ID),0,150); filan yazın.