SaEnerji içkiləri barədə reklam ideyamı həmin şirkətlərə necəsə sata bilərəm,görəsən?

Salam,ağlıma enerji içkiləri barədə kiçik və öz rəyimə əsasən,maraqlı&dünyada diqqət çəkə biləcək bir reklam süjetinin ideyası gəlib,amma onlarla necəsə əlaqə saxlayıb fikrimi onlara sata bilərəm?Satmaq alınarsa, fikrimi oxuyandan sonra kim bilir,mən kiməm&hardanam, ideyamı oğurlamazlarki ,görəsən? :) Bilmirsiz,həmin şirkətlərə bu məsələyə görə necə müraciət edib fikrimi diqqətlərinə çatdıra bilərəm?Əwəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2016-06-02 13:58:12)
Salam. Təkcə ideya özlüyündə bir dəyər daşımır. Tam əmin ola bilərsiz ki, o ideya başqalarının da ağlına gəlib. Reallaşdırılmayıbsa deməli nəsə əmması var. Yəni siz onlara məktubla müraciət edib belə şey desəniz, çox güman ki sizi ciddiyə almayacaqlar. Yox əgər tutaq ki, doğurdan da inqilabi ideyanız varsa, o halda siz deyəndir, ideyanı açan kimi artıq sizə heç nə ödəmədən onu özləri də istifadə edə biləcək. Ona görə də ideya haqqında bunları unutmamaq gərəkdir: - İdeya təkcə quru ideya olaraq heç bir əhəmiyyət daşımır. İstər bu, istər başqa ağlınıza gələn ideyalar mütləq və dəfələrlə başqasının ağlına gəlib. Reallaşdıran yoxdursa deməli nəsə əmması var. Qanunvericilik ola bilər, sizin bilmədiyiniz iqtisadi, psixoloji, sosioloji, marketinq və.s. kimi sahələrdən bu ideyanın uğursuz olduğunu göstərən faktlar da ola bilər(ki sizin xəbəriniz yəqin ki yoxdur, çünki siz sadəcə ideyaya sahibsiz) və.s. - Satılacaq şey o zaman dəyər qazanar ki ya sizdən asılı olsun, sizsiz mümkün olmasın reallaşdırılması, ya da ciddi realizasiya planınız filan ola, gedəsiniz hamısını patentləşdirəsiniz Amerikada və ya digər uyğun bazarda - vəssalam ondan sonra kimsə sizin bu ideyanı oğurlaya bilməz. Yəni ki belə sadəcə bir neçə cümləlik ideyanın hər hansı dəyəri yoxdur, buna əmin olun. Digər hallar üçün isə gedin ideyanı onlara deyin, bəyənsələr mükafat verərlər yəqin nəsə :) Başqa nəsə ciddi gəlir ummaq olmaz bu məsələdən.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefonda reklam səifəsi açılır

Adsense reklam

Facebook-da reklama nə qədər xərclənir?

Androiddə reklam səhifəsi açılır.

Facebookda profilimi qırmaları mümkündürmü ?

Facebookda NetMoney yolu ilə reklam