WordPress və PHP 7 – keçmək məsləhətdir?

Salamlar. Wordpress istifadə olunan saytı PHP 7 -yə keçirmək məsləhətdir? Wordpress-in rısmi sayıtnda və başqa saytlarda yazılana görə guya Wordpress PHP 7 ilə 10 dəfə daha sürətli işləyir, amma hamısında bir "mız" qoyurlar - temaların və ya plaqinlərin uyğunluq məsələsi. oxuduğum məqalələr 6-7 ay əvvəl yazılmış məqalələrdir. Zəhmət olmasa ekspertlər öz fikrini bildirərdilər.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2016-06-06 10:49:33)
PHP7 bəli sürətlidir, PHP5*-dan ortalama 3-4 dəfə sürətli işləyir. Amma bu o demək deyil ki, sizin WP sayt php7 ilə indikindən 3-4 və ya 10 dəfə sürətli işləyəcək. Əsla! Prosesləri analiz edərək görə bilərsiz ki, məsələn sizin sayt 3 saniyəyə respond edirsə, sırf php run işləri onun heç 0.3 saniyəsi deyil. Bu 0.3 saniyə tutaq ki lap 10 dəfə azalsın olsun 0.03 saniyə. Cəm olacaq 2.7+0.3 əvəzinə 2.7+0.03. Yəni 3 saniyədən düşəcək 2.73 saniyəyə. Yəni elə də ciddi irəliləyiş olmayacaq. Ona görə də məsləhət budur ki, saytınız ağır işləyirsə problemi başqa yerlərdə axtarın: hostinqin keyfiyyətində, veb serverin ayarlarında, mysql bazaların optimallığında(məsələn revisionları silə bilərsiz, transientləri clean edə bilərsiz və.s. - buna aid məqalələr oxumaq olar) və və ən əsası pluginlərin optimallığında. WP saytların ağır işləməsinə əksər hallarda pluginlər səbəb olur. php7 isə o saytlara lazım olar ki, bütün yuxarıda deyilənləri ediblər, trafikləri də çox yüksəkdir, hər millisaniyənin maddi əhəmiyyəti var - bəli o halda php7-yə keçməyə dəyər test edəndən sonra. Yoxsa belə normal veb saytda hələ ki gərək yoxdur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress headerin ölçülərini dəyişmək

UTF-8 problemi

WordPress istifadəçi statusu plugini(İstifadəçi ödülləndirmə)

URL Redirect

İnstagramdakı butikə data qurmaq

WordPress-də arxiv formasını necə dəyişmək olar?