Azerbaycanda otel biznesine baslamag

Mene maraqli olan Azərbaycanda otel üçün lisenziya qaydalari və sertlerdir. Bilenlerden cvblarini gozleyirem. Indidentesekkurler)

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Maqa (2016-06-18 13:47:19)
İcazənin adı Turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) İcazənin verilməsinə görə ödənişin məbləği 5500 manat, Azərbaycan Respublikası Prezidentinin 26.12.2006-ci il tarixli 510 nömrəli Fərmanı. İcazənin verilməsinə tələb olunan günlərinin sayı 15 gün. İcazənin güvvədə olduğu müddət 5 il. İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı 1. Lisenziya almaq üçün ərizə; 2. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti; 3. Vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti; 4. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədin surəti; 5. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 6. Turist marşrutları və proqramlarının (ən azı bir marşrut və proqram) surəti; 7. Turist marşrutları üzrə turistlərin müvafiq mehmanxana və nəqliyyat vasitələri ilə təmin olunacaqlarını təsdiq edən müqavilənin surəti; 8. Müəssisədə çalışan ən azı 2 işçinin turizm sahəsində üç il iş təcrübəsi və ya ali turizm təhsilinin olmasını təsdiq edən sənədlərin surəti. 9. Xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi. İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını) “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı. İcazəni verən icra orqanın adı Mədəniyyət və Turizm Nazirliyi

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Biznes ideya

Whatsapp biznes hesabi nece isleyir?

magaza ucun mallari hardan almag olar?

Canli Yayim

Xarici vətəndaş bizim ölkədə tibbi lisenziya almaq üçün Azerbaycan dilini bilməlidir?

Biznes qurmaq – turizm