From.ae -dən iphone 6 plus 128 gb

Salam, From.ae -dən iphone 6 plus 128 gb (Gray Space) almaq isdəyirəm. Saytda qiyməti 736$ dır. 1-ci sualım qarantiya və gətirmə haqqı nə qədər olacax?(əsasda gətirmə haqqı) ,2-ci qarantiyanida telefonla birlikde getrecekler yoxsa hardasa ofisdənmi götürməliyəm? ,3-cu prablem cixsa telefonda bizim olkede təmir olunacaqmı?Birdə zəhmət olmasa mənə telefonu almax üçün(nagd odeme edecem) proseduru basdan izah etseniz cox sevinərəm. Öncədən minnətdaram...

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Sahmar.M (2017-01-07 02:07:07)
Salam. Telefon gəldi çıxdı? Heç bir problem yoxdu?

vuqar_ (2016-06-26 14:16:17)
birde salam men artix telefonu sifaris etmisem iyunun 23 unde ama helede track kod gelmiyib. sorusdum dediler senbe gunu gelecek ama yenede gelmedi sizce nese duzgun olmuyan birsey var?

Bextiyar Azeroglu (2016-06-21 13:31:43)
Sifariş edərkən əlaqə nömrəsi qoyursuz. Bundan əlavə sizə sifariş vaxı izləmə nömrəsi veriləcəkki onun vaxsitəsilə malınızın harda olduğunu biləssiz (azems.az da yoxlamaqla). Malınız Bakıya---ems ofisə gələndə kuryer ünvana gətirəcək əgər tapmazsa evinizi verdiyiniz nömrəsi ilə sizlə əlaqə yaradır. İstəsəniz malınız Bakıya çatanda gedib özünüz də götürə bilərsizni. ems ofisi 28də Səməd vurğun bağının yaxınlığında yerləşir.

vuqar_ (2016-06-20 09:25:33)
Birdə telefonu evə çatdıracaqlar yoxsa poctdan götürməliyəm? eve getrirlerse sehven basqaunvana aprilar? veya evde heckes olmuyan halda nece olur?

vuqar_ (2016-06-20 08:11:25)
Köməyə görə çox sağolun.

Bextiyar Azeroglu (2016-06-20 00:41:14)
Zəmanət və daşıma haqqı saytda göstərilir. 19$ çatdırılma haqqı, 19$ isə 1illik zəmanət puludur. İstəsəniz zəmanətsiz alarsınız. Amma çatdırılma haqqınız mütləq ödəyirsiniz: 736$+19$ ( zəmanət istəsəniz + 19$) Zəmanəti Sizə mailə göndərirlər siz onu çap etdirib özünüzdə saxlayırsız. Telefonda problem yaranarsa Bakıda düzəlir. w--t nın servisi ilə əməkdaşlıq edir from.ae ..... w--t nın servisində düzəlir. Ödəməni isə telefonu sifariş edəndən sonra sizə mailə məktub gəlir, Zamin banka gedib deyirsizki from dan telefon sifariş eləmişəm ödəniş etməyə gəlmişəm. Bank işçisi lazımi proseduru edəcək. Nağd ödənişdə Sizə 15$ endirim edəcəklər 774$ əvəzinə 759$ ödəyəcəksiz (from.ae də online_chat da olan operatorlar Azərbaycan dilini çox yaxşı bilir nə istəsəniz özlərindən də soruşa bilərsiniz)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Qapı bağlanmır – məsləhət

Hərbi bilet və sahibkarlıq

Youtube partner

Yolda Dollar Xırdalasam Tutarlarmı?

payoneer karta necə pul yükləyib təsdiqlətmək olar?

Diş həkimi