MiniATS-lərdə özəl internet provayderlər

Salam. Bizim ərazi şəhərdən uzaq olduğuna görə bu ərazidə miniATS qurasdırılıb, bizim xətt də məhz həmin miniATS-dən çəkilib. ADSL internetə qoşulmaq istəyirəm, lakin eşitdiyimə görə, həmin miniATS-lərdə yalnız AzTelekom işləyir. Müəyyən səbəblərə görə AzTelekom-a qoşulmaq istəmirəm. Və sualım da budur ki, miniATS-lərdə başqa özəl internet provayderlər xidmət göstərir, yoxsa AzTelekom monopoliya yaratmaq üçün yalan deyir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Nicat97 (2016-06-29 14:35:25)
Elə mənim də Aztelekom şirkətindən zəhləm gedir. Xidmət səviyyəsini artırmağa çalışsalar da xeyri yoxdur. Bir şey ki, ödənişi yalnız poçta ödəyirsən. Qiymətlərini aşağı salsalar da yenə də bahadır digərlərinə görə. Mənim internetimin sürətli olmağı dediyin kimi istifadəçinin az olmasıdır. Bunnan əlavə MiniATS yenidir bu da sürətə təsir edir. Və sonda evimizin yanındadı MiniATS. Ona görə sürət problemi olmurdu. Nə qədər yaxşı olsa da FiberOptik tapan kimi keçdim ora. Çünki bunlara güvən olmaz :)

Rasim0087 (2016-06-28 22:17:24)
Axşamınız xeyr, Nicat! Çox sağolun sualımı cavablandırdığınız üçün! Xeyr, məhlə evidir, demək ki, fiberoptik internet də yoxdur. Məndə xeyli təəccübləndim siz deyəndə ki, internet əla işləyirdi. Ola bilsin bu ondan irəli gəlir ki, miniATS təzədir və yeni optik kabellərlə qoşulub, həmdə istifadəçi sayı azdır yəgin ki. Mənim Azərbaycanda ən zəhləm gedən qurum məhz Aztelekom İB-dir. Qoşulmuşam vaxtında, istifadə etmişəm Aztelekom-dan. Sürət qalsın bir yana, işçi heyyəti çox səviyyəsizdir, heç bir şey bilmirlər, yalnız "filan şöbəyə zəng edin" deyə bir birilərinə ötürürlər. "Qaqaş, bilmirəm eeee, nəbilim", nə sual verirsən belə cavab verirlər, amma özlərini ağıllı sayırlar, elədə "ufff, ufff" edirlər, elə bil borcluyam bunlara. Nəysə, ürəyim doludur, ona görə də qoşulmaq istəmirəm.

Nicat97 (2016-06-28 17:45:09)
Mənim yaşadığım yerdə heç bir özəl ADSL xidməti yoxdur. Mən də AzTelecom-a zəng edib öyrəndim ki, yeni MiniATS quraşdırılıb evin yanında. Ona qoşuldum. Açığı heç gözləmirdim belə olacağını. Çox əla internetləri var idi. Əvvəlki kimi 5 deyib 1 vermirdilər. Nisbətən xidmət səviyyəsini artırıblar. Məsələn mən Bakinternet-də abunəliyimi dayandıranda mənnən soruşdular ki, problem nədir sürətə görə çıxırsan? Əgər yaşadığın ərazidə FiberOptik internet yoxdursa və MiniATS evivizə yaxındırsa qoşulmağın məsləhətlidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kim KATV İnternet istifadə edir?

ADSL haqqında sual

ADSL qoşmaq

USB ilə Androiddə internetə qoşulma

Tp-link problemi

Ən Yaxşı Adsl Modem