Mövzu (Şablon) yenilənməsi

Salam, mən saytı səhifə ilə hazırlamışam, css və bir çox digər dəyişikliklər etmişəm. Etdiyim dəyişikliklər isə mövzuya yenilik gəldikdə (yenilədiyim təqdirdə) mövzu sıfırlanır. Mən hansısa bir yolla edə bilərəmmi ki, yenilədiyim zaman yalnız daxili yəni "Theme options" və təklükəsizlik yenilənsin dizaynda dəyişiklik olmasın?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2016-07-08 01:15:53)
Salam. Bunun üçün Child Theme məntiqi var, onu etmək lazımdır. Child theme yaradırsız, dəyişiklikləri oradakı functions.php və style.css-də yazırsız nə lazımdır. Sonra update-də heç nə itmir, çünki child yox, əsas theme update gedir.