Kartimdaki pulu yoxlamag

Mən spendiya aliram bankamata gedende ya adam çox olur yadaki vururlur bankamat uzagdi evmizden bilmey istiremki kartima pul nə vaxt oturur onu internetle oyrene bilərəm? (Kapital Bang)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Maqa (2016-07-12 11:58:07)
sms banking xidmətinə abunə olun bu zaman kartınıza daxil olan və xaric olan bütün əməliyyatlar haqqında məlumat alacaqsınız bunun üçün Kartınızı bankomata daxil edin; Xidmət olunacaq dili seçin; FİN- kodunuzu yığın; Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin; “SMS Banking” menyusunda “Aktiv etmək” əməliyyatını seçin; Mobil telefonunuzun nömrəsini yazıb “Davam etmək” düyməsinə basın; Nömrənizə göndəriləcək SMS məlumatların dilini seçin; SMS Banking xidmətini aktiv etmək istədiyinizi təsdiq edin; SMS Banking xidmətinə qoşulduğunuzu təsdiq edən çek çap olunacaq və qeyd etdiyiniz mobil telefon nömrənizə mesaj göndəriləcəkdir. və yaxud Günün istənilən saatında “196” nömrəsinə zəng edin; Ödəniş kartınızın üzərindəki 16 rəqəmli nömrəni deyin; Məxfi kodunuzu deyin; SMS Banking xidmətinə qoşmaq istədiyiniz mobil telefonunuzun nömrəsini təqdim edin; SMS Banking xidmətinə qoşulduğunuzu təsdiq edən mesaj telefon nömrənizə göndəriləcəkdir.

Bextiyar Azeroglu (2016-07-11 16:17:09)
E. Hacı (09:51, 11/10/2010 ) #773 1.Mən biləni internet banking-ə qoşulmaq lazımdır bununçün, bu isə ödənişlidir və sizə sərf etməz. Evdən çıxmadan məlumatı həll etməyin ən yaxşı yolu banka zəng etməkdir Banka zəng edirsiniz, kart nömrənizi deyirsiniz sizə balansınızı deyirlər. 2.İnternetdə kartda olan məbləği bank və ya kart processing mərkəzi təqdim edə bilər, bu isə təhlükəsizdir. (bu haqda xırda axtarış aparmaqla 10larla nəticə əldə edə bilərsiz, açar söz: sms banking . balans öyrənmək və s.)