Hər hansı bankın valyuta məzənnəsini php ilə əldə etmək

Salam. Mənə mərkəzi bankdan başqa digər hər hansı bankın dollar məzənnəsi lazımdı. Elə olsun ki onu php ilə götürə bilim. APİ olsa yaxı olar.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Cabbarov Sübhan (2016-07-17 10:46:50)
Çox sağolun. Cron üsulu ilə edə biləcəyimi bilirəm. Dedim bəlkə hansısa bank ağıllı olub api verər. Yenə də çox sağolun.

Ayxan (2016-07-17 04:43:05)
Salamlar) Mən bunu sizin üçün yazdım. Buyurun yükləyin və yoxlayın) http://www.mediafire.com/download/xzoo9h0gayb70ko/bank.zip Populyar banklar əlavə olunub. Bank Respublikadan başqa. Yaxında bank respublikanı da əlavə edəcəm. Sources papkasında olanlar hamısı bütün banklardan nəyi grab eləmək fayllarıdır. Cache papkasındakılar isə bir dəfə web səhifəni download edib o papkaya atır ki, bəs kimsə bu php kodu çalışdırsa tez nəticələri göstərsin. Cache papkasının içindəki bütün faylları gündə 2-3 dəfə silmək lazımdır ki, aktual məzənnələr görsənsin. Növbəti əlavə olunacaq banklar: Bank Respublika, DekaBank, Kredobank, National Bank of Pakistan, Parabank, Xalq Bank, Ziraat Bank Azerbaijan. Hal hazırda olan bankların siyahısı: 1. Access Bank 2. AFB Bank 3. AGBank 4. Amrahbank 5. ASB 6. AtaBank 7. Azər-Türk Bank 8. Bank of Baku 9. Bank Silkway 10. Bank Standard 11. Bank Melli Iran Baku branch 12. BTB Bank 13. CDB Bank 14. Dəmir Bank 15. Express Bank 16. Beynəlxalq Bank 17. Kapital Bank 18. Muğanbank 19. Naxçıvanbank 20. NBC Bank 21. Nikoil Bank 22. PAŞA Bank 23. Rabita Bank 24. Turan Bank 25. Unibank 26. VTB 27. Yapı Kredi Bank 28. Zaminbank

E. Hacı (2016-07-16 15:03:02)
Salam. Welcome Back. Onlar özləri APİ ilə təqdim etmədikcə tək yol grab etməkdir. O da ki effektiv metod deyil məlum olduğu kimi və daim diqqət tələb edir. Ki dizaynda zadda nəyisə dəyişsələr grab expressionları da dəyişəsiz deyə. Amma valyuta məzənnəsi müqayisə app və ya saytları üçün bu yol normaldır, çünki elə saytlara baxan da olur ən azı bir nəfər. O da nəzarət edir. Saytın öz daxilində APİ düzəldilir, o cronla grab edir hansısa müddətdə bir və saxlayır özündə. Sayt və ya APP da hər dəfə öz APİ-ndən götürür son durumu.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php səhvi

Azerbaycanin guvenli banki.

Socket.io adi Hostingdə işləyər ?

getcomposer install

PHP-də Kömək

Ajax və ya Jquery