Bloq üçün Hostinq paketi

Salam, bilirəm bu tip suallar çox verilib. Amma tam istədiyim kimi cavab tapa bilmədim. Ona görə yenidən soruşmaq qərarına gəldim. Deməli mən bloq yaratmaq istəyirəm. PHP, MySQL-də yazacam. Hardan hostinq almağım məsləhətlidir? Həm qiyməti ucuz olsun (bir neçə dollar) həm də verilən yer sahəsi + datacenter bura yaxın olsun. Xarici saytlarda aylıq 3-4 dollara hamısı unlimited hostinglər var. Amma tam qərar verə bilməmişəm. Bir də deyirlər ki hostinglə domeni ayrı yerdən almaq lazımdı. Bu nə dərəcədə əhəmiyyətlidir? Elədisə əgər hardan ala bilərəm org domenini? PS: Hə, bir də yadımnan çıxmamış deyim. Bəzi hostinglərdə php ilə kod yazanda problem olurdu. Məsələn bind_param() funksiyası ilə işləyəndə error verirdi. Deyilənə görə mysqlnd driver-i aktiv deyilmiş. Onu da eləmirdilər. Elə yer olsun ki PHP və MySQL ilə rahat işləyə bilim.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

baku.hosting (2017-02-07 11:23:50)
Salam, bu sehife-de; pulsuz WordPress quraşdırma desteyi ile WordPress-e xususi hostinq-ler mövcud. : WordPress Hosting

Nicat97 (2016-07-18 19:11:44)
Cavab üçün çox sağol amma Rus saytlarından hostinq almağı heç kəs məsləhət görmür niyəsə

Alven (2016-07-18 17:01:23)
Hostinq üçün sizə buranı məsləhət görərdim. 6 aydır işlədirəm bir dəfə olsun problem, saytda dayanma olmayıb. Qiymətləri də xidmətə və keyfiyyətə görə çox ucuz demək olar. Texniki dəstək 10 dəqiqə içərisində cavab yazır və istənilən probleminizi həll edir hətta kodlara qədər. Domen üçün isə internet.bs və yagodaddyi məsləhət görərdim.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İkinci domen

Hosting satışından gəlir əldə etmək

Hansı havayı hostinq saytını məsləhət görə bilərsiniz?

Hosting transferi

NS necə alınır?

Hosting satan sayt üçün Billing panel