Dəyəri 1000 USD dən yuxarı olan məhsul ücün gömrük rüsumu nə qədərdir

Salam. from.ae dən dəyəri 999 USD olan monitor sifariş vermək istəyirəm. Saytın məhsulun çatdırılma xərci 122 USD göstərilib. İkisi birlikdə 1121 USD edir. Bilmək istəyirəm ki, bu məhsul üçün nə qədər gömrük rüsumu ödəməliyəm və rüsum hesablanarkən çatdırılma xərci məhsulun dəyərinə əlavə olunurmu? Zəhmət olmasa ətraflı məlumat verərdiniz. Öncədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2016-07-24 23:59:25)
1000-dən yuxarı hissəyə 36% cəmi rüsumlar var. Məsələn 1200$-lıq malda 200*0.36=72$ rüsum.

Elvin Rustemzade (2016-07-24 23:23:45)
Təsəkkür edirəm. Bir də 1000 USD dən yuxarı sifarişlər üçün rüsumun hesablama qaydasını izah edə bilərsinizmi?

E. Hacı (2016-07-24 23:19:41)
Heç bir rüsuma gərək yoxdur, çatdırılma xərcinin məhsula aididyyatı yoxdur