Browserlərdə javascript dəstəyini yoxlamaq

Salamlar. Mənə bir şey lazımdı. Fərq etməz komp və ya telefon ya da planşet. Saytda php vasitəsilə nə cür bir kod qoya bilərəmki: if(menimbrowserjavascript=='destekleyir')echo "js ajax jquery kodlar"; else echo "Sade kodlar"; Tam olaraq belə bişey. Belə browserlərlə zadla qadağalar olur amma mən javascript dəstəkləməyən browserlərin tək tükünün adını bilirəm :( Kömək edən olsa minnətdar olaram.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

emis (2016-07-28 18:28:45)
təşəkkür amma axtardığım bu deyil :( Telefonda Opera Mini browseri javascripti açmadığı halda bunuda "açan browser" kimi göstərir.

Cabbarov Sübhan (2016-07-28 16:43:28)
Texniki olaraq mümkündü ancaq bu düzgün olmaz. PHP server tərəfdə işləyir, javascript is client tərəfdə. ən uyğun variant [noscript] etiketindən istifadə etməkdi. Məsələn: [code] [noscript] <p>JavaScript işləmir </p> div { display:none; } [/noscript] [/code]