Bənzər dizaynlı saytların orijinal versiyası

Salam. Bu gün təsadüfən 3 sayta rast gəldim hansı ki, dizaynları demək olar ki, eynidir. pahoo.az mir.az və kenquru.com saytlarını nəzərdə tuturam. Bu dizaynın orijinalını necə tapmaq olar? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2016-09-07 10:05:07)
themeforest.net-də buzzfeed yazın N qədər belə hazır həll çıxacaq

Həmid Abbaszadə (2016-09-07 02:37:18)
Mənədə maraqlıdı bu saytların scripti hansıdı 3də eynidi. bunlar hansısa cmsdi yoxsa yığılmadı?

IBA (2016-07-30 22:47:10)
Təşəkkürlər.

E. Hacı (2016-07-29 23:53:21)
Salam. Dizayn yox, engine kopyalardır onlar. Klon skript deyirlər buna. Yəni hansısa layihə məşhurdur, sonra başqa biri götürür o layihənin işlərini görən və görünüşcə onunla eyni və ya müəyyən qədər fərqli olan proqram təminatı(skript) yazır və satır. Başqaları da onu alır və özündə həmin məşhur saytın oxşarını yaradır. Məşhur saytların əksəriyyətinin klon skripti var. Siz deyən saytlar da buzzfeed.com adlı məşhur saytın klon-skript kopyalarıdır. Klon tapmaq istədikdə isə məsələn belə axtarmalısız: "buzfeed clon script", "wordpress buzzfeed theme" və.s.