Abituriyentin ixtisas seçimi ərizəsini ləğv eləmək olar?

Salam,o ərizəni hər hansı yolla ləğv edib başqa ixtisasları seçmək olar?çox vacibdi :/

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Aleks (2016-08-01 19:54:32)
Hər kəsə təşəkkürlər,dediyiniz kimi bu gün tqdknın saytındakı əlaqə bölməsindən yaşadığım yerə yaxın filialın nömrəsin götürdüm,getdim,ərizə forması verdilər,yazdım,sabah axşama təzədən ixtisas seçə biləcəm :)

Nurlan Yusifsoy-Xırxatalalı (2016-08-01 15:42:18)
Ancaq TQDK-ya yazılı müraciət etmək lazımdı.

Şükür Hüseynov (2016-08-01 13:35:38)
Salam Bəli dəyişdirmək mümkündür sadəcə gedin TQDK-a mənim bir tanışım da ərizəsini təsdiqlətdikdən sonra TQDK-a gedərək ləğv etdirmişdi. Sonra da başqa ixtisaslar seçdi.

legend1995 (2016-07-31 10:51:33)
http://tqdk.gov.az/contacts/faq/ bu linkə girin təqdim olunan formanı sözünün üzərinə basın amma bugün işləmir sayt sabah edin səhifə açılanda xanaları doldurub sualınızı yazın

Aleks (2016-07-30 21:06:28)
texmini deye bilmezsiz,hara girim?

legend1995 (2016-07-30 20:28:42)
girin tqdk.gov.az saytına ordan başa salacağlar nə etmək lazım olduğunu emailinizi yazın cavab emalinizə gələcək

E. Hacı (2016-07-30 16:51:49)
Siz vaxt itirmədən bütün vasitələrdən istifadə edin. Email ilə də yazın, TQDK-nın facebook səhifəsində də yazın. Telefonla düşmək olursa zəng də edin.

Aleks (2016-07-30 16:33:04)
Necə olur,yazılı deyirsə,müraciətlərə baxılan ünvaan elektrondu axı

Aleks (2016-07-30 16:20:56)
"Ərizə təsdiqləndikdən sonra isə ərizədə yalnız TQDK-ya yazılı şəkildə müraciət etməklə düzəlişlər aparmaq mümkündür." -saytlarında belə bir cümləyə rast gəldim,amma necə olacaq,necə göndərmək lazımdı?Təsadüfən kimsə kömək edə bilməz?(((