Paypal hesabıma pul göndərmək olmur

Mən internetdə satış etmişəm və alan adam mənim paypal hesabıma pul göndərə bilmir. Nə etmək olar. ? P.S Paypal hesabım biznes hesabıdı

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2016-08-09 17:30:12)
Ölkə fərq etmir, bank da həmin xarici ölkənin olmalıdır. Azərbaycan bank hesabına gəlməyəcək. GUYA ordayam da problemlidir, hətta gürcü bankı ilə açsaz, ərazini də Gürcüstan göstərsəz belə Azərbaycandan girəndə blok olma ehtimalı yüksəkdir, gərək Gürcüstan VPN-i zadı qurub oradan girəsiniz, bu da uzun və çətin məsələdir. Hətta bütün bunları həll etsəniz belə Paypal sizdən işıq pulu qəbzi filan istəyəcək, ki möhürlü çek filan göstərin görək üstündə yazılmış olsun ki siz dediyiniz ünvanda daimi qeydiyyaatdasınız Gürcüstanda. bir sözlə baş ağrısıdır. Pul böyükdürsə hə həll edin hamsınə Rusiyada zadda hesab açın işlədin, yox əgər söhbıət kiçik gəlirlərdən gedirsə, özünüzü yormayın. Ebay-da nəisə satmısızsa, bunu öncədən düşünmək lazım idi təəssüf ki. Əgər pul azdırsa, paypal hesabı açıb kart bağlamayıb, başqa ölkə göstərib həmin pulu xərcləmək olur mən bildiyim qədərilə. Amma bu yalnız təzə hesabda və çox kiçik məbləğdə keçərlidir. Məbləğ iri olanda artıq keçmir, bank hesabına bağlamaq tələb edir

Automatte (2016-08-09 13:35:02)
Eger bashqa olke uzerinden qeydiyyatdan kechsem, misal uchun azerbaycandayam amma gurcustan qeydiyyati ile girirem yeni ki guya ordayam. o zaman qebul etmek olar? Ve yaxud da mumkun deyilse ve ebayda ne ise satmishamsa onun pulunu nece qebul edim?

E. Hacı (2016-08-08 15:01:49)
Azərbaycan üzrə qeydiyyatdan keçmisizsə heç cəhd belə etməyin, mümkün olmayacaq. Bəlli kiçik limitə qədər yalnız xərcləmək şərti ilə qəbul etmək olur, amma sonra o da olmur, münki bank təsdiqi olmalıdır, bizim bankları isə dəstəkləmir pul qəbulu üçün. Bu haqda 100-200 sual var cavablar.net-də , paypal yazaraq axtara bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ukraynadan(Kiyev) Airmail neçə günə Bakıya çatar

Payoneer karti ile ATM de limitsiz pul cixarilma

Paypal-sız alış-veriş

9-cu sinif buraxılış imtahani

adnow.com reklam

Payoneer de adres yerine ne yazim?