Kompyuter mühəndisliyi

Kompyuter mühəndisliyi yoxsa Proseslərin Avtomatlaşdırılması mühəndisliyi zehmet olmasa deyərdiniz hansı ixtisası seçim və nəyə görə

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Ibrahim000 (2016-08-12 14:28:17)
Tesekkur edirem etrafli melumatiniza gore amma bu ixtisaslarin hec birine ne proseslerin avtomatlasdirmasina ne deki kompyuter muhendisliyine daxil ola bildim.Amma evezinde Mexanika muhendisliyine duwe bildim.Yenede tewekkurumu bildirirem

VAHID EHMEDOV (2016-08-10 23:08:33)
Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi,hansı ki,zamanında-iki il öncə də bu seçimi etmişdim.Yazacağınız 15 ixtisas içərisində kompyuter mühəndisliyi və ya elmləri də ola bilər,amma,məncə,öncəlik PAM-a verilməlidir. Gələk niyəsinə:ilk olalaraq bu ixtisasın mütəxəssisinin nə iş gördüyünü və bənzərini edib-etmək istəməyəcəyinizi,yerində olmaq kimi bir düşüncənizi cavablamalısız.İPAM(İstehsalat Proseslərinin Avtomatlaşdırılması) Avtomatlaşdırma və İKT yə ayrıla bilər.Proqramlaşdırılabilən Məntiqi Kontrollerlər C-yə yaxın dillə proqramlaşdırır,yəni İKT tədris olunur.Simensin kontrollerlərini(LOGO,SİMATİC),arduinonu,skada sistemlərini araşdırsaz bu sahənin sizə nə dərəcədə maraqlı olduğunu qərarlaşdıra bilərsiz.İT-nin dünya üzərində son zamanlar aktual olan sahəsi İOT-dir(İnternet of Things-Əşyalanrın interneti).Məsələn Arduino,Rasperry pi və s.Bunlar da Avtomatikaya daha yaxındı,nəinki kompyuter mühəndisliyinə.İndiki dövrdə İT sahəsində rəqabət də çox güclüdü,4 il sonrasında vəziyyət daha kritik olacaq.Eynizamanda sənate sertifikatlarıyla-Oracle,Microsoft,CompTİA-la sertifikat alınmasa belə,biliklərə yiyələnə bilinər. Onu da deyim ki,kompyuter öz-özlüyünndə bir dünyadı.O dəryanı öyrənməyə başlasan,bitirə bilməzsən.Amma hansı sahədə çox uğurlu ola bilərsən.Hansı ki Azərbaycanı bu sahədə dünyada tanıdanlar var.Və bu sahələ az yaxınlaşanda kompyuter təkcə helpdesllik,format falan olmadığı anlaşılır)) İstər kompyuter sahəsi,istər avtomatlaşdırma günümüzün kifayət qədər aktual ixtisası idi.Bu mənim iki ixtisası qarşı-qarşıya qoyduğumda düşüncələrimdi,hər bir halda uğurlar :)

Şükür Hüseynov (2016-08-09 21:47:34)
Bir Facebook səhifəsində yazılana görə Proseslərin Avtomatlaşdırması Mühəndisliyində aşağıdakı fənnlər keçilir: Mühəndislik riyaziyyatı; Fizika; Kompüter texnikası və proqramlaşdırma (C++); Texniki sənədlərin hazırlnması; Proseslərin avtomatlaşdırılması mühəndisliyinə giriş; Elektrik təhlükəsizliyin əsasları; Elektrik mühəndisliyinin əsasları; Neft və neft-kimya texnologiyalarının əsasları; Elektrik ölçmə; Analog elektronika; Rəqəm elektronika; Elektromexaniki qurğular; Idarəetmə nəzəriyyəsi; Proqramlaşdırılabilən məntiqi kontroller (PLC); Proseslərin idarə edilməsi; SCADA; Siqnalların emal edilməsı+MATLAB; Sənaye kommunikasıya şəbəkələri və s. Yəni burda sırf Komputer deyil, Elektronika və s. daxildir. Ancaq Komputer mühəndisliyində bildiyimə görə əsasən komputer fənnləridir, proqram təminatı, texniki hissələr və s. Amma tam dəqiq bilmirəm komputer mühəndisliyində sırf hansı ixtisaslar keçilir dəqiq araşdırın. Mən olsam Komputer Mühəndisliyin seçərəm (O vaxt seçirdim elə balım çatmadı :) ) çünki komputer həvəskarıyam siz də baxında Komputer Həvəskarısınızsa Komputer Mühəndisliyi daha yaxşıdır məncə amma bu mənim fikrimdi yəni başqalarının fikri fərqli ola bilər yaxşı olar ki ətraflı hər iki ixtisası araşdırasınız hər iki sahədə işləyən adamlarla məsləhətləşin seçməzdən əvvəl bütün fənnlərinə baxın hər iki ixtisasın sonda düzgün seçimi edin. Məsələn mən ixtisas seçəndə Elektronika yazdım ad elektronika idi elə bildim burdada proqram təminatı zad keçilir sonra gördüm ki fərqlidir yəni proqram təminatı keçildi ancaq çox az keçildi. Ona görə siz də tam ətraflı araşdırıb sonra düzgün qərar verin. Uğurlar sizə! :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

tqdk aid sual

Magistr ixtisas fərqi

TQDK keçid balları

İxtisas seçimi

Kollecə imtahan haqda saytda məlumat

Tqdk bal hesablama proqramı