Kondisioner pul yazmaq

Salam, kondisionerler texminen 1 gün dayanmadan işlese neçə azn yazar? Vintilyator kimi və ya normal 18 20 derecede.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Sualveren (2016-08-22 19:13:04)
ama deyirler 2 manat ve.s

Rengler (2016-08-16 23:28:20)
20 saat ucun normal ola biler.Demek olar ki,butun gunu ishleyib.

Sualveren (2016-08-16 14:51:29)
saygaca baxdim hardasa 15 20 saat isletmistik ama 10 manat var idi 5 manat qalib... deyesen cox isledir vintilyatorda

Sualveren (2016-08-14 14:53:44)
vat ve btuya nece baxim

E. Hacı (2016-08-13 13:00:44)
Sayğaca baxmaq imkanınız varsa özünüz yoxlayın da belə işlədəndə 1 sutkaya nə qədər yazır elə işlədəndə nə qədər yazır. Onsuz da yay vaxtı yəqin ki kondisionerdən başqa güclü elektrik işlədən cihaz işlətmirisz. Deməli sayğacdakı rəqəmlər tam istəyəni verəcək. Məsələn bizdə 2 min vatlıqdır, gündə 13 saat işləyir, aya da kondisioner tək özü yazır da hardasa 31-32 manat. Deməli günə 1 manat zad. Tam gücü ilə 13 saat işləsəydi yazardı gündə 1 manat 75 qəpik. Deməli 75 qəpik qənaət edir rejimləri dəyişməklə. Qaldı ventilyator rejiminə - tək ventilyator sərin vermir, sadəcə hava vurur axı. Sərinlik verirsə deməli nəsə başqa sistem də çalışır.

Maqa (2016-08-13 12:19:02)
siz kondisonerin neçə btu olduğunu yazsaz daha dəqiq demək olar məsələn 9.000 btu, 12.000 btu, 18.000 btu və 24.000 btu olur sizdə hansıdır?

Sualveren (2016-08-13 10:52:34)
bizde 80 kv m lg kondisioneridir, vintilyator rejiminde evi soyug edir 2-3 otagi texminen gunde 6 7 saat isledirik, yeqin ki qepik qurus yazar? bes bu derecenin dexli var ona meselen 18 de yox 22 23 de isledilende. bes nece baxaq 2000 vatliqdir ya ne qederdir

Maqa (2016-08-13 10:16:17)
ətrafı yazılıb indikilər A enerji sinifinə daxildir demək olar bütün elektronika malları lazımı soyuqluğu verəndə kondisionerlər avtomatik rejimdə dayanır və lazım gəldikdə yenidən işləyir

E. Hacı (2016-08-12 23:56:49)
Kilovata baxır da. Məsələn 2000 vatlıq kondisionerdirsə deməli 1 saat tam gücü ilə işləsə 14 qəpik yazar. 1 gün dayanmadan tam gücü ilə işləsə 3 manat 36 qəpik. Amma adətən daim tam gücü ilə işləmir deyə, soyudan kimi tez-tez zəif rejimə keçir deyə o halda yəqin ki yarıbayarı az yazar 1 manat 70 qəpik zad.(bir qədər çox da ola bilər, havadan və otağın ölçüsündən asılıdır) Ventilyator rejimində isə cüzi yazar qəpik quruş

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kondisioner mis borusu qiyməti

Səssiz Kondisioner Hansılardır?