Qonaq yönləndirmə kodu lazımdır .

Salam . məsələn A istifadəçi qonaqdır sayta index-ə giriş edibdir . mən hansı kodla onu istədədiyim səhifəyəyönləndirə bilərəm ancaq istifadəçi sayta giriş etdikdən sonra o yenidən indexə qayıtsın . yəni bir sözlə giriş etdikdən sonra indexi görə bilsin giriş etmədikdə yazdığım səhifəyə yönlənsin .

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

AzeCode (2016-08-26 16:04:18)
Hərkəsə təşəkkürlər. düzəldi

emis (2016-08-17 21:28:31)
Salam. Luboy serverlərdə sessionların headerlərin işləməməsi mümkünsüzdü. Bax belə olanda alınmırki? eyniylə: <?php ob_start(); start_session(); if(!isset($_SESSION['yonel'])) { $_SESSION['yonel']='ugurlu'; echo 'window.location.replace(“/digersehife”);'; } else { index açılar } ?> alınmazsa cookie ilə et

Şükür Hüseynov (2016-08-16 21:46:57)
Salam Sayta girişi Sessiyasız yoxlamaq olmaz sessiya mütləqdir yəni sessiyada yaranan problemi həll etməyə çalışın session_start() funksiyasını səhifənin ən yuxarısına yazın html kodlardan əvvəl header üçün ob_start() istifadə edin səhifənin ən başında amma əgər headerdə yenə problem yaranırsa javascript funksiyası var yönləndirmək üçün window.location.replace("url"); Amma bu funksiya headerə nəzərən hiss olunur yəni yavaş kimidi həm də brauzerdə javascript söndürülsə funksiya işləməyəcək, yəni yönlənmə olmayacaq. Sessiyasız bir səhifədə etmək olar ancaq form məlumatları düzgündürsə ya headerlə ya da javascriptlə indexə göndərə bilərsiniz ancaq növbəti səhifələrdə yoxlamaq olmayacaq. Əslində alternativ variantlar fikirləşmək olar. Məsələn bütün səhifəni ajaxla etsəniz girişi təmsil edən bir dəyişən olsa sadəcə o dəyişəni yoxlamaqla giriş olub-olmadığın yoxlamaq olar və ya müvəqqəti cookie fayllar düşünmək olar bəlkə. Ancaq bunlar sadəcə alternativ elə-belə üsul kimidi. Yəni təhlükəsizlik baxımından da yaxşı olmaz. Çalışın sessiya ilə edərkən yaranan problemi aradan qaldırın.

AzeCode (2016-08-16 20:24:57)
Təşəkkürlər hər kəs belə ama öyrənir.

E. Hacı (2016-08-16 18:03:40)
internal verirsə error loga baxın görün bədə səhv etmisiz. Ümumiyyətlə öncə öyrənin, sonra tətbiq edin. Bunlar ən asan hissələrdir php-də, bunları öyrənmədən birbaşa sayt qurmağa çalışmaq yaxşı deyil.

AzeCode (2016-08-16 15:12:43)
internet linkin atın zəhmət olmasa.

AzeCode (2016-08-16 15:12:26)
session ilə edirəm lakin 500 interval error xətası verir səhifə . bunu başqa kodla necə etmək olar.

Bhruz (2016-08-16 13:45:57)
Siz bunun üçün php kodlaşdırmalısınız. Yada internetdə hazır php-lərdən xoşunuza gələni yükləyib quraşdırmalısınız öz saytınıza.

E. Hacı (2016-08-15 23:47:58)
Giriş edib etmədiyiniz necə bilirsiniz? Session dəyişəni ilə yoxsa bununçün funksiyanız var? Tutaq ki, giriş edən istifadəçini session ilə girişdə saxlayırsız. O halda qonağı yönləndirmək belə olar [php] <?php //en yuxari yerlerde olmalidir bu kod session_start(); if (!isset($_SESSION["user"]) {header("location login.php");} [/php]