C# və ya 1C seçimi

Salam. İstiqamət seçməkdə məsləhətlərə ehtiyacım var. İxtisasim proqramlaşdırmadır. (BDU, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi). 13 il ticarət sahəsində işləyirəm. (Ərzaq sektoru). Mühasibat kursunu keçməklə mühasibatlığın əsaslarına dair biliklərim var. Hal-hazırda ticarət obyektinin uçotunu 1C proqramında aparıram. Proqramlaşdırmada Delphi-ni bilirəm. Bilmək istərdim ki, belə bir vəziyyətdə C# yoxsa 1C proqramçı kimi gələcəyimi daha effektiv qurmaq olar. Nəzərə alın ki yaşım artıq 38-dir. Çox istərdim ki, proqramçı kimi işləyim. 1C proqramlaşdırmada başlanğıc biliklərim də var. Əvvəlcədən hamıya təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Zaur Narimanli (2022-03-24 22:17:53)
1C seçməyinizi tövsiyə edirəm, mənimlə əlaqə saxlayın. məntiqi düşünmə qabiliyyətiniz və riyazi bilikləriniz yaxşıdırsa, sizə dəstək ola bilərəm.

KaNo (2016-08-19 22:30:49)
mence Java :)

E. Hacı (2016-08-18 11:37:47)
Şəxsi fikrimə görə 1C daha uyğun olar sizə. Bu sahədə yaşın 35-40 arası olması üstünlük də sayılar bəlkə.

EmilSavalan (2016-08-18 11:23:54)
Ozunuz secin. Muhasibet sektorunda 1c. Amma eger kompyuter ucun proqramlar, android ve ios oyinlari, pc oyunlari bu istiqametde ise c#

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C++ dilində kodu necə yazmalıyam?

DLL(.net) və JAR(JAVA)

c++ da button,checkbox və select

Step IT yoxsa CodeAcademy ?

c++ da proqram

Qt dən MySQL-ə necə qoşulmaq lazımdi ?