İngilis dilinin adama necəsə köməyi ola bilər?

Salam.Bu il Texniki unidə Komp. mühəndisliyinə qəbul olmuşam.Yığdığım 303 balın da 95'ini tək ingilis dilindən yığmışdım..Belədə ingilis dilini fikrimi normal ifadə etmək,anlamaq,bir çox filmlərə subtitle'siz baxmaq səviyyəsində bilirəm. Texniki unidə ingilis dili bilməyin hansı köməyi olar və s. haqda ideyam yoxdu.. Sualım isə ondan ibarətdir ki,
Bu haqda kursa-falan getdiyim,sertifikatım,diplomum,heç nəyim yoxdu da, #1 Bunun təhsildə,xüsusilə xaricdə təhsil almaq üçün hansısa köməyi olar? #2 Bunun hələlik tələbə kimi hardasa iş tapmaqda köməyi olar? Qabaqcadan təşəkkürlər :)

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Aleks (2016-09-03 10:49:20)
təşəkkürlər..təqaüd proqramları nədi ki?

Osmanli.ibrahim (2016-08-25 18:10:12)
İngilis dili insanın biliyini artırır. Bir yerə getdikdə ingilis dili insana lazım olur. Kompyuterlərdədə həmçinin ingilis dili insana lazım olur.

Breathtaking (2016-08-25 16:16:18)
Təbrik edirəm. Çox sadə, ielts sertifikatını alıb, təqaüd proqramlarına müraciyət edərək gedib rahatlıqla xaricdə təhsil ala bilərsiz. Özdə sırf sizin ixtisas üzrə yüksək ingilis dili göstəricisi lazımda deyil.

Maqa (2016-08-23 17:04:10)
bir sözlə dil bilmək mənə görə çox şey deməkdir hər mənada hardasa xeyri var insana

E. Hacı (2016-08-23 14:25:31)
Daha da artırın dil biliyinizi, təsəəvvür etməyəcəyiniz qədər xeyri dəyəcək sizə.

Aleks (2016-08-23 14:22:34)
Təşəkkürlər)) Bir çox şey haqda məlumat və öyrənmək üçün yaxşıdı,təbii..))

Şükür Hüseynov (2016-08-23 13:29:14)
Salam Təbrik Edirəm :) Əlbəttə ki köməyi olacaq hal-hazırda Dünyanın dili ingilis dilidi fikrimcə. Komputerə, Proqramlaşdırmaya aid şeylərin əksəriyyəti İngiliscədi. Elə şeylər varki onlar haqqında Azərbaycanca, Türkcə məlumat tapmaq hardasa mümkünsüzdü ancaq İngiliscə tapmaq olar. Ona görə İngiliscə çox əsasdı.