Kompüter təmiri kursları

Salam mən kompüter təmiri üzrə işləmək istəyirəm. Belə bir kurs bilirsizmi pratiki olaraq kompüter təmirini öyr\tsin


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (18 cavab var)

(11:21, 27/08/2016 ) #64812

Salam
O vaxt mən də öyrənmək istəyirdim komputer təmirini hətta saytda sual da yazmışdım bunun üçün kursa getməyə imkan olmadı məcbur tək öyrənməyə qərar verdim. Youtube-da komputer hissələri haqqında videolara baxdım, hissələrlə tam tanış oldum yəni nə nə üçündür. Ondan sonra praktiki öyrənmək lazım idi. Prosessoru açmağa qərar verdim. Fikirləşdim ki ən uzağı nəyisə yerinə bağlıya bilməsəm ustaya apararam yerinə bağlıyar. Beləliklə yavaş-yavaş öyrəndim. İndi komputer xarab olanda özüm təmir edirəm. Fikrimcə siz də bu üsulla öyrənə bilərsiniz. Amma komputer köhnədirsə, bir dənə CPU-nu yerindən çıxarmıyın o iynələr əyilsə təzəsin almalı ola bilərsiz ).
Amma mütləq kurs istəyirsizsə Google-da “Komputer Təmiri Kursları” yazıb axtarın nəticələr çıxacaq. Amma qiyməti biraz yuxarı olur hardasa 100 manat və ya daha yuxarı.
Amma mən özüm bu iş üzrə işləmərəm. Çünki bu işdə işləsəz pirat proqramlar yazmağa məcbur olassız. Çünki bizdə heçkim 100-200 dollar verib orijinal əməliyyat sistemi və ya proqram təminatı alan deyil. Amma özünüzə görə öyrənməyiniz yaxşıdı.
Uğurlar sizə! 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:25, 27/08/2016 ) #64817

İndiki dövrdə ehtiyac belə yoxdu kurslara
internet sizin ən böyük bələdçinizdir
qeyd olunduğu kimi internetdə buna dair video və kitablar yetərincə var

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:46, 27/08/2016 ) #64820

Video ve kitabdan insan tam anlamaya biler,kurslarda ise izah ederek oyredirler.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:41, 31/08/2016 ) #64864

Əgər tək işləsəz (yəni zəng ilə klientik evinə getmək , ofisiniz olmasa) priat proqramları yükləməkdə – heç bir promlem görmürəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:57, 01/09/2016 ) #64893

    Mən görürəm. Nəyə görə pirat proqramlar istifadə olunmalıdır axı? Pirat elə oğurluqdur.
    Piratla qazanılan pul xeyir gətirər sizcə?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:24, 01/09/2016 ) #64894

    piratlıq=oğurluq.
    Dediyiniz =
    “Əgər saatı tək özünüz taxacaqsızsa, dükandan onu oğurlamaqda bir problem görmürəm.”
    “Əgər qoyunu tək kəsib yeyəcəksizsə, qəssabdan onu oğurlamaqda bir problem görmürəm.”
    Mən özüm də proqram təminatı və modulların istehsalı, satışı ilə məşğulam, məndən də minlərlə manatlıq oğurluq edib piratlar. Dükanı yarılan satıcı nə hiss keçirirsə, hansısa bir forumda mənim pulla satdığımı pulsuz yükləməyə qoyduqlarını görəndə mən də o hissi keçirirəm. Çünki mülkümə təcavüz edilir, oğurluq edilir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:07, 01/09/2016 ) #64897

Oğurluq həmin pirat məhsulu kommersiya məqsədi ilə istifadə edəndə olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:56, 02/09/2016 ) #64927

    Əsla. Yenə nümunə çəkim.
    Mağazadan tutalım televizor oğurlayıb işlətmək.
    Mağazadan tutalım televizor oğurlayıb satmaq.
    İkinci birincidən daha ağır formadır, düzdür, amma birinci də cinayətdir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:37, 03/09/2016 ) #64950

      Mən hələki televizor alıb yaxud oğurluyub : onun kopyasını çıxırdıb başqalarına paylayan – hadisə/ xəbər eşitməmişəm.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:42, 03/09/2016 ) #64951

    kopyası? bəlkə özünü satmaqdan danışaq o halda? televizoru, telefonu və.s. oğurlayıb satmaq. telefon oğrusu azdır, velosiped oğrusu azdır? kopyalamırlar ki, ya özləri istifadə edirlər, ya da satırlar. Onlar nə edirlərsə pirat proqram istifadə edənlər də eyni şeyi edirlər. Kimsə özünü təmizə çıxarmağa çalışmasın bu barədə, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Adam tanıyıram, deyir , hə bilirəm bu oğurluqdur, amma filan proqram çox bahadır deyə oğurluq etməyə məcbur oluram. Yəni adam yenə də heç olmasa etdiyini adı ilə çağırır, buna da şükür.

    kopyaya gəldikdə isə bir kitab düşünün, 1 il gecə gündüz əziyyət çəkib yazmısız yaradıcılıq, araşdırma işləri. Nəhayət təqdimat edirsiniz, bir illik yuxusuz gecələrin bəhrəsi – satışa çıxarırsız ümidlə, 1-2 ədəd satılır, sabah eşidirsiz ki, bir işbaz alıb bir dənəsini kopyalayıb paylayır orda burda. 2-3 manatdan ötrü sizin 1 illik zəhmətinizi tapdayır keçir.

    – belə görürəm ki, insanların əksəri öz üzərində hiss etmədikdə mülkiyyətə hörməti başa düşmürlər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:41, 03/09/2016 ) #64975

Mən bu mübahisədə/diskusda piratçılıq deyəndə kopyası çıxırırmış elektorn-rəqamsal məhsulun paylaşması/bölüşməsi (satmaq yox ) nəzərdə tuturdum , Kopya deyəndə də torrent yaxud upload saytlarında yaymaq/ paylaşaq (satmaq yox ) nəzərdə tuturdum.

Yeni ki Sizin çəkdiyiniz Televizor misalınıza analoqlu cavab idi. (Televizor ? – Kopya -?)

Sizin yazdığınız proqram , yazıçının yazdığı kitaba lazımı dərəcədə qiymətləndirilməsinin tərafdarıyam.

Hansısa pirat versiyalı rəqamsal-elektron məhsuldan əldə etdikədən/tanış olanduqdan sonra Yaradıcının əməyinin qiymətləndirilməsi istəyirsə getsin leqal alsın məhsulu.

Əgər kimin imkanı varsa 800$-a AutoCad proqramını almağa- getsin alsın.

Sonuncu cümlə ilə razıyam – müharibədə olduğu kimi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:51, 04/09/2016 ) #64979

    Axi hemin mehsul pulsuz yayilsa/paylaşilsa mehsulunu pulla satan istehsalci nece pul qazanacag?
    800$-a AutoCad proqramını almağa imkani chatmayan almasin,imkansizliq ogurlugun beraeti olmaz.
    Paylashmaq isteyen ozu pragram istehsal etsin,camaata pulsuz paylasin,bashqasina aid olani ondan icazesiz pulsuz paylamaq ogurluq deyilse,bes bunun adi nedir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:02, 04/09/2016 ) #64982

      @Rengler
      Birinci cümlədəki verdiyiniz suala – Sizin 2 ci cümlədəki işlətdiyiniz artuqment tipində/formasında cavab verirəm : Getsin fəhləlik eləsin.

      Paylaşmaq/bölüşmək (qarşılığında heç nə istəməmək) insanın genindədir – bunu heç bir qanunla qarşısını almaq mümkün deyil.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:51, 05/09/2016 ) #64993

    İşin ən əsas hissəsini qəbul etdiyinizi deyirsiniz, bu çox yaxşıdır. Amma sırf bu paylaşmaq hissədə israr edirsiniz.
    Məhsulun sahibi müəyyən edir paylaşmaq/nüsxələmə tənzimlənməsini, biz yox.
    Məhsul sizindirsə buna verə bilərsiz icazə. Ki fiziki və ya digitaldır fərq etməz – malı alan onu paylaşa bilər, nüsxələyib paylaşa bilər(digital məhsulda bu iki anlayış eynidir demək olar ki), modifikasiya edib sata bilər və.s.
    Bunun üçün çox qəşəng lisenziya növləri var beynəlxalq səviyyədə, hansı ki bütün ağla gələn variantları tənzimləyir. Siz də malı satarkən elan edirsiz ki bu malı tutalım GPL lisenziyası ilə satıram, və ya Apache lisenziyası ilə satıram. Vəssalam, artıq o lisenziyanın hazır mətni sizin malın bütün paylaşma/modifikasiya və.s. hüquqlarını tənzim edir və müştəriyə öhdəlik qoyur.

    Amma bütün bunlar sizin məhsula aiddir. Bizim olmayana necə ehkam kəsə bilərik buna ki bu olar bu olmaz? Axı bu hüquq bizim deyil.

    Mən fiziki məhsulları sırf siz başa düşəsiniz deyə misal çəkdim, daha əyani nümunə kimi. Amma madam ki siz zatən bilirmişsiniz mahiyyəti, o zaman fiziki məhsulları unudaq, digitala qayıdaq sırf onun üzərində düşünək.

    Siz deyən şeylərə yuxarıda cavab yazmışdım əksərən. Qısaca təkrar edim:
    Pulla satılan məhsulu
    paylaşmaq – 1 qəbahətdir
    satmaq – 10 qəbahətdir.
    Yəni hər ikisi qəbahətdir və normal ölkələrdə buna görə həbs düşür. Ya da ən yaxşı halda fantastik yüksək cərimə.

    Tanış olmaq məqsədi ilə istifadə – bu başaldatmacadan başqa bir şey deyil. Bir iki dürüst adam bu məqsədlə pirat yükləyirsə, öz işidir, amma bu da qanunsuzdur və haqq qazandırmır. Zira, bunun üçün demo,trial deyilən bir şey var. Yəni bəhanəyə yer qalmır.

    Autocad 800$-adır ya 5000$-ədir düzü dəqiq bilmirəm, bəli çox bahadır. Amma ondan yararlanmaq istəyən zəhmət çəkib almalıdır. Mənim Ferrari almağa pulum yoxdursa, onu oğurlamalı deyiləm, gedib zaporojye alıb sürə bilərəm(Autocadın da zaporojye səviyyədə pulsuz alternativləri var).

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:28, 04/09/2016 ) #64983

Bes muellif huquqlari nece olsun,insanin haqqi pozulub bu nece olsun? men zehmet chekib,beynimi yorub program duzeltmishem,niye ondan pul qazana bilmeyim? bele chixir ki,butun pramramcilar,yazarlar ideyasi ogurlandigi uchun gedib fehlelik etmelidir…Paylaşmaq/bölüşmək (qarşılığında heç nə istəməmək) insanın genindədir,raziyam amma ozune mexsus olani paylashmaq,bashqalarina mexsus olani yox,mes,size aid olan eshyalari kimse goturub paylashsa ve cavabinda dese ki,”paylashmaq insanin genindedir.” bu sizin xoshunuza geler?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:31, 04/09/2016 ) #64984

insanin icazesi olmadan ona aid olani goturmek,paylamaq ve s…hemin insanin haqqini almaqdir,bir insan oz haqqini halal etmese bunu hesabi agirdir,hem o dunyada,hem bu dunyada…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:32, 04/09/2016 ) #64987

Müəllif hüquqlarını tanıyıram və çəkilmiş vaxtı-enerji inkar etmirəm – qiymətləndiriləməlidir.
Mən “”Əgər internetdə Microsoftun pulsuz- pirat versiyası varsa – niyə görə 119 $ verib almalıyam ?! “” deyənlərdən Deyiləm

Hansısa oxuduğunuzı Kitab-ı yaxud DVD kinonu baxdıqdan sonra dostunaza versəz (paylaşsaz -bölüşsəz) oda cinayət/piratçılıq sayılır ? Çox gümankı cavabınız YOX olacaq

Burada incə nüanslar var və müxtəlif cür ayırmaq olar – və Bu mübahisə yuxarı ladlara keçir. Fikir mübadiləsini burada yekunlaşdıram.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:34, 04/09/2016 ) #64988

Hansısa oxuduğum Kitabı yaxud DVD kinonu baxdıqdan sonra dostuma versem bunun hech bir eybi yoxdur amma onu kopya etsem, saxtasini duzeldib versem bu cinayət ve piratçılıqdir.”Burada incə nüanslar var və müxtəlif cür ayırmaq olar” meseleye hansi terefden baxsam da yene ortada yalniz ogurluq gorurem.
Fikir mübadiləsini ele mende yekunlaşdıram,menim de vaxtim deyerlidir.Sadece bunlari demek menim borcum idi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (14 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024