Kompüter təmiri kursları

Salam mən kompüter təmiri üzrə işləmək istəyirəm. Belə bir kurs bilirsizmi pratiki olaraq kompüter təmirini öyr\tsin

Verilmiş cavablar və yazılan şərhlər (18 cavab var)

E. Hacı (2016-09-05 10:51:23)
İşin ən əsas hissəsini qəbul etdiyinizi deyirsiniz, bu çox yaxşıdır. Amma sırf bu paylaşmaq hissədə israr edirsiniz. Məhsulun sahibi müəyyən edir paylaşmaq/nüsxələmə tənzimlənməsini, biz yox. Məhsul sizindirsə buna verə bilərsiz icazə. Ki fiziki və ya digitaldır fərq etməz - malı alan onu paylaşa bilər, nüsxələyib paylaşa bilər(digital məhsulda bu iki anlayış eynidir demək olar ki), modifikasiya edib sata bilər və.s. Bunun üçün çox qəşəng lisenziya növləri var beynəlxalq səviyyədə, hansı ki bütün ağla gələn variantları tənzimləyir. Siz də malı satarkən elan edirsiz ki bu malı tutalım GPL lisenziyası ilə satıram, və ya Apache lisenziyası ilə satıram. Vəssalam, artıq o lisenziyanın hazır mətni sizin malın bütün paylaşma/modifikasiya və.s. hüquqlarını tənzim edir və müştəriyə öhdəlik qoyur. Amma bütün bunlar sizin məhsula aiddir. Bizim olmayana necə ehkam kəsə bilərik buna ki bu olar bu olmaz? Axı bu hüquq bizim deyil. Mən fiziki məhsulları sırf siz başa düşəsiniz deyə misal çəkdim, daha əyani nümunə kimi. Amma madam ki siz zatən bilirmişsiniz mahiyyəti, o zaman fiziki məhsulları unudaq, digitala qayıdaq sırf onun üzərində düşünək. Siz deyən şeylərə yuxarıda cavab yazmışdım əksərən. Qısaca təkrar edim: Pulla satılan məhsulu paylaşmaq - 1 qəbahətdir satmaq - 10 qəbahətdir. Yəni hər ikisi qəbahətdir və normal ölkələrdə buna görə həbs düşür. Ya da ən yaxşı halda fantastik yüksək cərimə. Tanış olmaq məqsədi ilə istifadə - bu başaldatmacadan başqa bir şey deyil. Bir iki dürüst adam bu məqsədlə pirat yükləyirsə, öz işidir, amma bu da qanunsuzdur və haqq qazandırmır. Zira, bunun üçün demo,trial deyilən bir şey var. Yəni bəhanəyə yer qalmır. Autocad 800$-adır ya 5000$-ədir düzü dəqiq bilmirəm, bəli çox bahadır. Amma ondan yararlanmaq istəyən zəhmət çəkib almalıdır. Mənim Ferrari almağa pulum yoxdursa, onu oğurlamalı deyiləm, gedib zaporojye alıb sürə bilərəm(Autocadın da zaporojye səviyyədə pulsuz alternativləri var).

Rengler (2016-09-04 20:34:14)
Hansısa oxuduğum Kitabı yaxud DVD kinonu baxdıqdan sonra dostuma versem bunun hech bir eybi yoxdur amma onu kopya etsem, saxtasini duzeldib versem bu cinayət ve piratçılıqdir."Burada incə nüanslar var və müxtəlif cür ayırmaq olar" meseleye hansi terefden baxsam da yene ortada yalniz ogurluq gorurem. Fikir mübadiləsini ele mende yekunlaşdıram,menim de vaxtim deyerlidir.Sadece bunlari demek menim borcum idi.

maxxam (2016-09-04 19:32:08)
Müəllif hüquqlarını tanıyıram və çəkilmiş vaxtı-enerji inkar etmirəm - qiymətləndiriləməlidir. Mən ""Əgər internetdə Microsoftun pulsuz- pirat versiyası varsa - niyə görə 119 $ verib almalıyam ?! "" deyənlərdən Deyiləm Hansısa oxuduğunuzı Kitab-ı yaxud DVD kinonu baxdıqdan sonra dostunaza versəz (paylaşsaz -bölüşsəz) oda cinayət/piratçılıq sayılır ? Çox gümankı cavabınız YOX olacaq Burada incə nüanslar var və müxtəlif cür ayırmaq olar - və Bu mübahisə yuxarı ladlara keçir. Fikir mübadiləsini burada yekunlaşdıram.

Rengler (2016-09-04 18:31:27)
insanin icazesi olmadan ona aid olani goturmek,paylamaq ve s...hemin insanin haqqini almaqdir,bir insan oz haqqini halal etmese bunu hesabi agirdir,hem o dunyada,hem bu dunyada...

Rengler (2016-09-04 18:28:44)
Bes muellif huquqlari nece olsun,insanin haqqi pozulub bu nece olsun? men zehmet chekib,beynimi yorub program duzeltmishem,niye ondan pul qazana bilmeyim? bele chixir ki,butun pramramcilar,yazarlar ideyasi ogurlandigi uchun gedib fehlelik etmelidir...Paylaşmaq/bölüşmək (qarşılığında heç nə istəməmək) insanın genindədir,raziyam amma ozune mexsus olani paylashmaq,bashqalarina mexsus olani yox,mes,size aid olan eshyalari kimse goturub paylashsa ve cavabinda dese ki,"paylashmaq insanin genindedir." bu sizin xoshunuza geler?

maxxam (2016-09-04 18:02:36)
@Rengler Birinci cümlədəki verdiyiniz suala - Sizin 2 ci cümlədəki işlətdiyiniz artuqment tipində/formasında cavab verirəm : Getsin fəhləlik eləsin. Paylaşmaq/bölüşmək (qarşılığında heç nə istəməmək) insanın genindədir - bunu heç bir qanunla qarşısını almaq mümkün deyil.

Rengler (2016-09-04 14:51:01)
Axi hemin mehsul pulsuz yayilsa/paylaşilsa mehsulunu pulla satan istehsalci nece pul qazanacag? 800$-a AutoCad proqramını almağa imkani chatmayan almasin,imkansizliq ogurlugun beraeti olmaz. Paylashmaq isteyen ozu pragram istehsal etsin,camaata pulsuz paylasin,bashqasina aid olani ondan icazesiz pulsuz paylamaq ogurluq deyilse,bes bunun adi nedir.

maxxam (2016-09-03 23:41:09)
Mən bu mübahisədə/diskusda piratçılıq deyəndə kopyası çıxırırmış elektorn-rəqamsal məhsulun paylaşması/bölüşməsi (satmaq yox ) nəzərdə tuturdum , Kopya deyəndə də torrent yaxud upload saytlarında yaymaq/ paylaşaq (satmaq yox ) nəzərdə tuturdum. Yeni ki Sizin çəkdiyiniz Televizor misalınıza analoqlu cavab idi. (Televizor ? - Kopya -?) Sizin yazdığınız proqram , yazıçının yazdığı kitaba lazımı dərəcədə qiymətləndirilməsinin tərafdarıyam. Hansısa pirat versiyalı rəqamsal-elektron məhsuldan əldə etdikədən/tanış olanduqdan sonra Yaradıcının əməyinin qiymətləndirilməsi istəyirsə getsin leqal alsın məhsulu. Əgər kimin imkanı varsa 800$-a AutoCad proqramını almağa- getsin alsın. Sonuncu cümlə ilə razıyam - müharibədə olduğu kimi.

E. Hacı (2016-09-03 10:42:49)
kopyası? bəlkə özünü satmaqdan danışaq o halda? televizoru, telefonu və.s. oğurlayıb satmaq. telefon oğrusu azdır, velosiped oğrusu azdır? kopyalamırlar ki, ya özləri istifadə edirlər, ya da satırlar. Onlar nə edirlərsə pirat proqram istifadə edənlər də eyni şeyi edirlər. Kimsə özünü təmizə çıxarmağa çalışmasın bu barədə, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Adam tanıyıram, deyir , hə bilirəm bu oğurluqdur, amma filan proqram çox bahadır deyə oğurluq etməyə məcbur oluram. Yəni adam yenə də heç olmasa etdiyini adı ilə çağırır, buna da şükür. kopyaya gəldikdə isə bir kitab düşünün, 1 il gecə gündüz əziyyət çəkib yazmısız yaradıcılıq, araşdırma işləri. Nəhayət təqdimat edirsiniz, bir illik yuxusuz gecələrin bəhrəsi - satışa çıxarırsız ümidlə, 1-2 ədəd satılır, sabah eşidirsiz ki, bir işbaz alıb bir dənəsini kopyalayıb paylayır orda burda. 2-3 manatdan ötrü sizin 1 illik zəhmətinizi tapdayır keçir. - belə görürəm ki, insanların əksəri öz üzərində hiss etmədikdə mülkiyyətə hörməti başa düşmürlər.

maxxam (2016-09-03 10:37:50)
Mən hələki televizor alıb yaxud oğurluyub : onun kopyasını çıxırdıb başqalarına paylayan - hadisə/ xəbər eşitməmişəm.

E. Hacı (2016-09-02 11:56:38)
Əsla. Yenə nümunə çəkim. Mağazadan tutalım televizor oğurlayıb işlətmək. Mağazadan tutalım televizor oğurlayıb satmaq. İkinci birincidən daha ağır formadır, düzdür, amma birinci də cinayətdir.

maxxam (2016-09-01 19:07:00)
Oğurluq həmin pirat məhsulu kommersiya məqsədi ilə istifadə edəndə olur.

E. Hacı (2016-09-01 15:24:09)
piratlıq=oğurluq. Dediyiniz = "Əgər saatı tək özünüz taxacaqsızsa, dükandan onu oğurlamaqda bir problem görmürəm." "Əgər qoyunu tək kəsib yeyəcəksizsə, qəssabdan onu oğurlamaqda bir problem görmürəm." Mən özüm də proqram təminatı və modulların istehsalı, satışı ilə məşğulam, məndən də minlərlə manatlıq oğurluq edib piratlar. Dükanı yarılan satıcı nə hiss keçirirsə, hansısa bir forumda mənim pulla satdığımı pulsuz yükləməyə qoyduqlarını görəndə mən də o hissi keçirirəm. Çünki mülkümə təcavüz edilir, oğurluq edilir.

Şükür Hüseynov (2016-09-01 14:57:25)
Mən görürəm. Nəyə görə pirat proqramlar istifadə olunmalıdır axı? Pirat elə oğurluqdur. Piratla qazanılan pul xeyir gətirər sizcə?

maxxam (2016-08-31 10:41:39)
Əgər tək işləsəz (yəni zəng ilə klientik evinə getmək , ofisiniz olmasa) priat proqramları yükləməkdə - heç bir promlem görmürəm.

Rengler (2016-08-27 12:46:29)
Video ve kitabdan insan tam anlamaya biler,kurslarda ise izah ederek oyredirler.

Maqa (2016-08-27 12:25:27)
İndiki dövrdə ehtiyac belə yoxdu kurslara internet sizin ən böyük bələdçinizdir qeyd olunduğu kimi internetdə buna dair video və kitablar yetərincə var

Şükür Hüseynov (2016-08-27 11:21:59)
Salam O vaxt mən də öyrənmək istəyirdim komputer təmirini hətta saytda sual da yazmışdım bunun üçün kursa getməyə imkan olmadı məcbur tək öyrənməyə qərar verdim. Youtube-da komputer hissələri haqqında videolara baxdım, hissələrlə tam tanış oldum yəni nə nə üçündür. Ondan sonra praktiki öyrənmək lazım idi. Prosessoru açmağa qərar verdim. Fikirləşdim ki ən uzağı nəyisə yerinə bağlıya bilməsəm ustaya apararam yerinə bağlıyar. Beləliklə yavaş-yavaş öyrəndim. İndi komputer xarab olanda özüm təmir edirəm. Fikrimcə siz də bu üsulla öyrənə bilərsiniz. Amma komputer köhnədirsə, bir dənə CPU-nu yerindən çıxarmıyın o iynələr əyilsə təzəsin almalı ola bilərsiz ). Amma mütləq kurs istəyirsizsə Google-da "Komputer Təmiri Kursları" yazıb axtarın nəticələr çıxacaq. Amma qiyməti biraz yuxarı olur hardasa 100 manat və ya daha yuxarı. Amma mən özüm bu iş üzrə işləmərəm. Çünki bu işdə işləsəz pirat proqramlar yazmağa məcbur olassız. Çünki bizdə heçkim 100-200 dollar verib orijinal əməliyyat sistemi və ya proqram təminatı alan deyil. Amma özünüzə görə öyrənməyiniz yaxşıdı. Uğurlar sizə! :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Komputer təmiri kursu