Adsense hesabımla bağlı çətinlik


Salam dostlar mənim adsense istifadəçilərinə bir sualım var. Mənim adsense hesabım var tezəlikcə qəbul olunub. qəbul olunan saytda reklamlar çıxır ancaq o biri saytımda reklamlar çıxmır. domain banlı deyil adsense panelindən domaini doğrulamışam əgər banlı olsaydı heç görsənməzdi gün ərzində 1-2 defe görsənir amma səhifəni yeniləyən kimi yox olur. Ancaq o biri domainimdə isə 3 yere reklam kodu qoymuşam 2 si həmişə görsənir 1 görsənmir

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2016-09-07 10:03:13)
1. Onlarda başqa dillə uyuşan məzmun çoxdur 2. Google alqoritmlərinin nəzərində o sayt daha münasibdir. Ümumiyyətlə bu deyişi mən heç cür başa düşmürəm: "Bilirəm olmaz, amma başqa saytlar var ki göstərir" - sırf siz bilirsiniz ki Azərbaycan dilini dəstəkləmir, cəhd etmisiz, göstərməyib - məncə burda dayanmalı və daha sağlam gəlir modeli düşünməlisiniz. Niyə göstərmir demək yox, çünki səbəb aydındır.

Həmid Abbaszadə (2016-09-07 02:20:04)
Bəli Azərbaycanca olan saytımda göstərmir. Ancaq Azərbaycanca olan bir çox sayt bilirəmki onlarda göstərir

E. Hacı (2016-09-06 11:41:41)
Görsənməyən saytlar Azərbaycan dilindədir? Elədirsə normal haldır və çox güman ki belə də qalacaq. Əvvəllər locationa görə reklamları göstərirdi məzmuna baxmadan, indi son 1-2 ildə qayda dəyişib, məzmun prioritetdir, məzmunda ingilis-rusca filan keyword tapammır deyə göstərmir. Bəzilərinin göstərməsinə gəldikdə isə ola bilər ki göstərməyən formatda reklam tapılmır, amma o birilərdə tapılır.

Həmid Abbaszadə (2016-09-06 10:08:02)
Cavabiniz üçün çox sağolun mən reklam yerləşdirməyi bilirəm. Mənə maraqlı olan eyni kodlar türkcə olan saytımda işləyir bloggerde görsənir amma azərbaycanca olan saytımda işləmir. Adsensin Azərbaycan dilini dəstəkləmədiyini bilirəm amma bir çox saytlar hesabı turkcə olan saytla açır və azərbaycanca olanada qoyur işləyir.

KaNo (2016-09-01 23:35:49)
@AzeCode nin dediyi varianti yoxla olmasa mene yaz baxaram

AzeCode (2016-08-31 17:39:02)
olsun kataqoriyalaşdırmısınız. buradakı videodan aydın izah görüntüləyə bilərsiniz https://www.youtube.com/watch?v=XIkDl2tkevw

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ebayda satıcı ilə əlaqə

Google adsense Azərbaycan dilində olan bloqları qəbul edir?

Adsense 0.00$ gosterir

qeyri – iş günləri

Pensiya kartı itibsə

Adsense-də ünvan olaraq ne qeyd etməliyəm?