kompüterin performansı haqqında

salam hərkəsə.mənim kompüter windows 8.1 di.ccleaner ,advanced systemcare ,avg pc tuneup,auslogics boost speed ,smart defrag 5 ,auslogics driver updater programlarını istifadə edirəm.bunlar təhlükəsizdirmi?.kompüterə bir ziyanı ola bilərmi?.və 2ci sualım bu yazdıqlarımnan başqa hansı programı məsləhət görərdiniz?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

insafsiz (2016-09-08 04:04:11)
Mütəxəsis və ya usta deyiləm . Komputer elmləri ixtisasın oxuyuram . Bu qədər informasya isə yüzlərlə saatlıq video materialları izləyərək ,minlərlə sətir mətn oxuyaraq öyrənmişəm. Bir çox youtube video kanalından bütün bunları öyrənə bilərsən .sadəcə vaxt lazımdı. Technopat.net Teknoseyir.com Donanımhaber.com Və s.

Cavidan Babayev (2016-09-07 22:59:10)
Ətraflı izah ettiyiniz üçün minnətdaram. Mənim üçün maraqlıdır ki, siz bu qədər şeyi hardan bilirsiniz?) yoxsa komputer ustası ya da mütəxəssisisiz?))

insafsiz (2016-09-06 21:42:19)
Ptosessor işlədiyi müddət ərzində isinir,bu istiliyi azaltmaq və stabil saxlamaq çox vacibdir, çünki prosessorlar 100 dərəcədən (prosessordan və istehsalçıdan aslı olaraq dəyişə bilər) aşağı temperatorda işləmək üçün uyğundur. Bu prosessoru soyutmaq üçün prosessor cooler-ları mövcuddur. Bu prosessorun üzərinə cooler birbaşa təmas edir və istiliyi alminium və ya mis bloklar vəsitəsiylə bütün aliminum bloka yayılır. Həmin alminiuma bərkidilmiş cooler(fan) dəqiqədə 0-3000 dövr edərək hava vasitəsilə həmin isinən alminium bloka soyuq hava çəkir və isinən blokdan isti havanı komputer case-indəki başqa bir cooler case-dən xaric edir. Bu prosessorla , prosessor cooler arasında müəyyən hava boşluğu qala bilirki, buda prosessorda isinmə yarada bilər . Bunun qarşısını almaq üçüm xüsusi bir kimyəvi maddə olan termal pastadan (rəngi boz olur) istifadə edilir. Termal pasta bu hava boşluqların doldurur və istiliyin prosessordan alminium bloka ötrülməsin sürətləndirir.Kefiyyətli termal pastaların tərkibində gümüşdən istifadə olunur ki, buda onun qiymətini artırır.

Cavidan Babayev (2016-09-05 14:14:19)
termal pasta nedirki? zehmet olmaza izah ederdiniz

insafsiz (2016-09-05 09:04:36)
Bu proqramlar sənin komputerin sadəcə olaraq keş yaddaşını,lazımsız faylları və s. silərək performansı cuzi artırır . Əgər komputerində real performans artışı görmək istəyirsənsə onun komponentlərinə diqqət etməlisən . PC komputerin varsa HDD-sərt disklə yanaşı 120 GB-lıq SSD alıb tax və windowsu SSD-ə quraşdır. Bununla kifayət qədər böyük sürət artışı görəcəksən.Notebook və ya PC istifadə edirsənsə cooler təmizliyinə və termal pastanın dəyişilməsinə diqqət etməlisən . Kefiyyətli termal pasta istifadəsi prosessorun istifadəsi zamanı 6-7 dərəcə temperator fərqi yarada bilər.

kamaleddin (2016-09-05 02:01:59)
Əgər bu proqramların hamısını eyni vaxtda quraşdırıb (install) istifadə edirsinizsə, bu özü yavaşlama üçün kifayət edər. Bu proqramlardan cclaner və auslogics boost speed portable versiaların məsləhət görərdim. Əlavə olaraq proqramları silərkən Revo Uninstaller (portable) istifadə edə bilərsiniz. Bütün proqramların avtomatik yenilənmə xüsusiyyətin öz menyularından söndürün. Mümkün qədər portable proqramlardan istifadə edin. Əgər qısa müddətə hansı sa proqramı yükləyib sonra silmək məcburiyyətindəsinizsə, bu proqramı "Sandboxie" vasitəsi ilə istifadə edə bilərsiniz. Pro əməliyyat sistemi yerinə home/basic istifadə edə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HP pavilion dv7-4121er performans problemi