TV-də yayım haqqında

Salam dostlar.Bizim Facebook və instaqramda texnalogiya haqqında faktlar paylaşdığımız ümumi izləyici sayısı 10 000+ artıq olan hesablarımız var.İzləyicilərin böyük qismi facebookdandı və olduğca aktiv səhifələrdən biridi. İndi layihəni böyütmək qərarına gəlmişik.Birneçə gün əvvəl .az zonasından domenimizi sifariş etdik.İndi təsdiqlənməsini gözləyirik.Saytın qurulması üçündə bir nəfərlə razılaşmışıq.Qısaca hərşey yolundadı.Bununla paralel olaraq biz layihəni tv kanallardan birinə daşımaq istəyirik.Yerli kanallardan bir neçəsinə verliş hazırlayan bir prodakşnla email ilə yazışmışıq.Belə birşeyin mümkün ola bilməyəcəyini bildirirlər.Ona görə məsləhətlərinizə ehtiyyacım var.Nə edə bilərik? Ümumiyyətlə bunun üçün kanallarla əlaqə saxlamalıyıq yoxsa bu cür prodakşnlarla?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2016-09-06 08:14:05)
Məncə yanlis yanaşmadır. İstənilən top vloggerin ilk videolarına baxın, hamsı adi smartfon ilə çəkilişə başlayıblar. İşıqsız, ciddi montajsiz, xromakeysiz. Hər şey birdən birə olmur. Başlamadan tv avadanlıq istəmək düz deyil. Yenə deyirəm mən də olsam belə təklifə heç vaxt he demərəm.

ferhadpro (2016-09-06 00:59:51)
Bizim youtube üçün content yaratmaq imkanımız yoxdur.Məlum məsələ avadanlığ falan problemləri.Ona görə biz fikirləşirdik əgər prodakşnlardan biri ilə danışıb razılaşa bilsək layihənin həmin hissəsi üçün dəstək olarlar çəkilişlər və s.Düzü indiyə kimi bu işlə həvəskar olarağ məşğul olurduğ amma indiki vəziyyətdə sosial hesabların reklamına biraz pul qoyub izləyici kütləsini artıracağıq.

E. Hacı (2016-09-05 23:35:59)
Şəxsən mənim fikrimcə bir az da böyüyün, ondan sonra tv-lər daha açıq olar təklifinizə. Birbaşa tv-lərə müraciət etsəniz ya tv-nin daxili layihəsi olmalısız(ki bu az ehtimallıdır) ya da hazır hüquqi şəxs kimi layihə ilə çıxmalısız (MGroup, SOY prodakşn və.s. kimi) Youtube kimi gözəl imkan ola-ola birbaşa tv-ni düşünmək məncə düzgün deyil. Öncə youtube kanal ilə kontent istehsalı sahəsində özünüzü doğrultsanız, əlinizdə özünüzün istehsalınız olan məzmunlar olsa o halda tv-lərə yol açılar, aracı adamlar da tapılar, prodakşnlar da əyani nümunələri görüb daha uyumlu olarlar. Qəbul edək ki, indiki şəraitdə fb-da aktiv səhifəsi, çoxlu like-ı olması hələ ki, çox şey vəd etmir, mən də prodakşn olsam, imtina edərdim. Amma youtube-da profesional kanalı olan bir şəxs mənə müraciət etsəydi, maraqlanardım ki nə çəkirlər nə verirlər youtube kanalında.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

müəllimin komputerlə əvəz olunması!

Texnologiya ile istediyim kodlari vermek

Necə öz saytımı məşhur edə bilərəm?

Kitaba ehtiyacımız var.

1-ci qrupa informatika fənni

Texnologiya sayti