Php, js, css necə düzəldilir?

1. Salam. Mən php, js, css necə düzəldilir bilmirəm. Bunları hansı proqramlarla düzəldirlər? Notepad ilə? 2. Bunları düzəltmək üçün kodları bilmək lazımdır yoxsa necə? 3. Mən php js css düzəldə bilərəm? Yoxsa internetdən hazır götürüm? 4. Bunları düzəltməyi hardan öyrənə bilərəm? Xahiş edirəm cavabı bilirsinizsə cavab yazın. Təcili lazımdır bunlar mənə.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Şükür Hüseynov (2016-09-09 10:24:44)
Öyrəndiyim saytların sayının limiti sonsuzluğa yaxınlaşır :) Mən cəmi 4-5 ildi məşğulam proqramlaşdırma ilə, ancaq mən fərqli şeylərlə də məşğul olmuşam desktop dilləri və s. Baxır sizin öyrənməyivizə. Məsələn yaxşı öyrənsəz 6 ay-1 ilə html css-i normal səviyyədə öyrənib template(saytın yalnız dizayn hissəsi) hazırlamaq olar. Bəlkə daha az, bəlkə daha çox müddətə bu sizdən asılıdır. Sonra gəlir proqramlaşdırma hissəsi. Php-i biraz normal öyrənmək də 1il+ gedər. Yəni öyrənib sadə saytlar hazırlaya bilərsiniz. Sonra texnologiya çoxdur. javascript, Jquery və s.bunları da gələcəkdə öyrənərsiz.Bu qədər vaxt yalnız amateur normal səviyyədə öyrənə bilərsiz. Ondan sonra peşəkarlaşmağa illər lazımdı. Sizi qorxutmaq istəmirəm, ancaq reallıq budu :)

TaGi Asadullazadeh (2016-09-08 22:06:16)
Türkcə öyrənmək üçün bunlar daha məsləhətlidir www.acikakademi.com www.yakinkampus.com İngilis dilində www.tutorialspoint.com -Özümdə bunlardan istifadə edirəm..

Bhruz (2016-09-08 17:23:31)
Başa saldığınız üçün sağolun. Mən Youtube haqqında hər şeyi 3 aya öyrənə bildim. İndi bu dəyqə kiçik Youtuberəm. Bəs bunu öyrənmək nə qədər vaxtımı alar? Əgər ilkaddimlar.com`danda, w3schools`dan və başqa Türk saytlarından bacardığım qədər hər şeyi öyrənsəm, mən sərbəst özüm istədiyim formatda səhifə yarada bilərəm? Sizin profilə baxdım Veb-Developer olduğunuzu gördüm. Siz bunu nə qədər vaxta və təxminən neçə saytdan istifadə edərək öyrəndiniz?

Şükür Hüseynov (2016-09-08 11:23:02)
Salam Php, css, js düzəldilmir. Php Veb proqramlaşdırma dilidir, yəni php ilə saytlar proqramlaşdırılır. Html, css ilə saytın dizayn hissəsi hazırlanır. Javascript ilə əlavə effektlər yaradılır. Proqram kimi, adi NotePad-da da yazmaq olar kodları. Kodları özünüz yazmalısınız, bunun üçün əvvəlcə öyrənməlisiniz. Başlanğıc olaraq, ilkaddimlar.com saytı ilə başlaya bilərsiniz. Biraz irəlilədikdən sorna, Türk saytları, sonra da w3schools.com(Elə İngiliscə bilirsinizsə bu saytla da başlaya bilərsiniz).

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PHP Database baglantisi (LOGIN SIGNUP)

PHP scriptlərin qorunması haqqında

Azercell API Ödəniş sistemi

NodeJs desteyi olan Server.

php haqqında möcüzəvi sual

İnstagramdakı xüsusi bir hastagi necə çəkə bilərəm?