Balansda konturun öz-özünə azalması

Salam.Mən Sentyabrın 07-si 2 nar nömrəsinə yükləmişəm.Bu gün Sentyabrın 09-u dur.Balansımda kontur qalmayıb.Nömrəmdə limitsizdir(gündə 0.33azn).Bilmək istərdim konturlarim niyə belə tez silinib.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

insafsiz (2016-09-09 21:59:04)
Bir dəfə dostumun Bakcell nömrəsində olmuşdu belə hal . Telefonu İphone olduğundan hansı proqramın internet nə qədər istifadə etdiyini və s. görə bilirdi və heç bir istifadə yox idi.Bakcellin müştəri xidmətlərinə zəng edib , şikayətin bildiri . Operator şikayəti qeydə aldığını bir neçə günə problemin həll olacağın bildirdi .1-2 gün sonra Bakcell-dən üzr SMS-i gəldi və texniki səhvə görə balansdan çıxılan kontur geri qaytarıldı. Sizdə də belə texniki səhv ola bilər və ya hansısa kampanyaya qoşulmuş ola bilərsiz. Müştəri xidmətlərinə müraciət erməyiniz ən yararlı haldı.

Maqa (2016-09-09 17:59:17)
zəng vurun müştəri xidmətlərinə soruşun ki nömrədə hər hansı kompaniya açıq ola bilər burda heç bir fikir söyləmək olmaz çünki əsas səbəb bilinmir