Kiçik işlərdə sahibkarlıq fəaliyyəti

Ebaydan bir neçə kiçik mal alıb (təqribi 100-200 manatlıq) burda satanda vergilər necə olur? Mütləq sahibkar olmaq lazımdır yoxsa sahibkar olmadan da işləmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Şükür Hüseynov (2016-09-15 23:40:12)
Aydındır, Çox sağolun :)

E. Hacı (2016-09-15 22:19:50)
Belə işlərlə məşğul olanların 99%-i sahibkar olmadan məşğul olur. Amma bu qanunla qəti qadağandır və hətta məsuliyyətə cəlb edilə bilər belə şəxslər, sadəcə hələ ki bu sektora çox diqqət edilmir deyə bir az çoxdur qayda pozanlar. Qanunla məşğul olan tanışım vardı bu işlə. Sonra başqa işə keçdi deyə dayandırdı. Vergilərdən VÖEN əldə etmişdi, mətbəədə də qaimə almışdı 1000 ədəd. İnternetlə, saytla, whatsappla kimə nə satırdısa təslim edərkən qaimə yazıb verirdi, bir nüsxəsi də qalırdı özündə. Hər 3 ayın sonunda da o qaimələrin üstündə yazılan məbləğə uyğun 4% vergi verirdi. İstənilən növ sahibkarlıq fəaliyyəti, loru dildə desək pul qazanmaq hadisəsi vergi vermə ilə nəticələnməlidir və qanunla tənzimlənməlidir. Hətta evi, maşını belə aldığın qiymətdən baha satanda vergi verilməlidir, bankda əmanət qoyub ordan faizlə mənfəət alanda o mənfəətin vergisi verilməlidir və.s. Sadəcə yuxarıda da dediyim kimi bizdə hələ ki vergilər çox sərt deyil, əsasən böyük bizneslər üzrə işləyir, kiçik sektorlarda yayınanlar çoxdur. Qərb ölkələrində hədsiz sərtdir bu işlər.