Saytdan gəlir əldə etmək

Salam. Pulsuz elektron kitabxana saytı admini kimi saytdan sadəcə yükləmələr və baxışlar hesabına gəlir əldə etmək olarmı və olarsa bu necə mümkündür?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

BayBak (2017-05-31 00:24:47)
Google AdSense reklamlarını saytınızda yerləşdirirsiniz. Səhv etmirəmsə hər 1000 baxışa 0.01 $. Hər tıklamaya daha çox gəlir götürürsünüz. Gördüyünüz kimi, çox kiçik məbləğdir və özünüz açmaqla sayı artırmağa çalışmağınızla cəzalana bilərsiniz. Azərbaycanın da bənzər bir neçə reklam sistemləri var, ancaq başqa saytlarımız kimi çox tez açılıb-bağlandıqlarına görə izləmək çətindir.

Ruzigar Hesenov (2016-11-05 18:51:19)
Yəqin ki baxış sayına görə deyəndə YouTube kanalını nəzərdə tuturlar.. Bəzən youtube nanali acanlarda menim saytim var deyirler..)

E. Hacı (2016-09-20 23:50:38)
sualıma cavab vermədiniz. kim verməlidir sizə pul? yəni yükləmə və baxış sayına görə kim öz pulundan vaz keçib onu sizə verməlidir? yəni burda məntiq nədir, səbəb nədir pul verməkdə sizə? bu barədə fikriniz lazımdır

E. Hacı (2016-09-19 16:29:45)
Kim verir pul niyə verir, bu haqda düşünmüsuz?

Bhruz (2016-09-19 16:07:54)
Mən bildiyim qədəriylə bəzi saytlarda izlənmə sayısına görə pul verilir

E. Hacı (2016-09-18 22:59:56)
Xeyr, belə gəlir modeli mövcud deyil. Gəlir ya reklamdan olur, ya da göstərilən xidmətə görə istifadəçilərdən pul almaqdan

Vetendas (2016-09-18 22:34:59)
İşin orası var ki saytı açmışıq. İşləyir də. Sadəcə mənə yalnız reklamla gəlir götürə biləcəyimi deyirlər. Mən əksini düşünsəm də, yəni yükləmə və baxışlar hesabına da gəlir götürülməsini desəm də mənə dedilər ki belə şey olmur.

Bhruz (2016-09-18 21:01:11)
Bəli olur. Amma bunun üçün siz bunları bilməlisiniz- 1. Veb-Proqramlaşdırma (HTML, Javascripts, CSS və s) 2. Sayt açmaq üçün sizə domain və hosting lazımdır. Saytlardan bunları tapa bilərsiniz. Qiyməti 10-100 dollar arası dəyişir. 3. Başqa şeylərdə lazımdır. Amma yazmadım. Bu saytda bunun haqda yazılar var. Araşdırın cavabı alın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytin idare etme dili

Saytda əks əlaqə qurmaq.

Android telefonunu televizora qarşı pult kimi istifadə etmək

SONY WALKMAN NWZ-B152 FM (RADİO)

Flash temasını saytıma yükləmə

Sayt satmaq prosesi barədə məlumat almaq istəyirəm