Azərpoçtda malların yoxlanması

Salam. Mənə bir şey maraqlıdır. Tutaq ki, mən ebay-dan 6 dənə fərqli köynək sifariş verdim. Gömrük bunu burda yoxlayarkən nəyə əsasən bu köynəklərin satış məqsədilə gətirildiyini qərar verir? Mən bu 6 köynəyi özüm üçün sifariş vermişəm. Hamsının ölçüsü eynidi. Belə deyək, qısası mən köynək həvəskarıyam :) Gömrük malı saxlamaqda haqlıdırmı?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2016-09-23 19:02:17)
Dünən poçt ilə mal almışam özüm üçün, 4 dənə eyni maldan var idi içərisində. Heç bir problem olmadan gəldi çatdı. Dediyim kimi, ehtimala və şübhəyə bağlıdır bu, şübhə varsa saxlamalıdırlar.

Breathtaking (2016-09-23 12:11:10)
Bir neçə nəfər tanıyıram ki, elə birincidə saxlayıblar. Nəzarət ciddidir.Dünən gömrük işçisinin özü ilə danışdım. Ona dedim ki, mən özüm 4 dənə eyni şeyi sifariş vermişəm.Saxlayacaqlar?Dedi bəli, mənə deyərsən birinci dəfə olduğu üçün buraxdıraram.İndi gözləyirəm malım gəlib onlara çatsın ki, görüm saxlıyırlar ya yox.

E. Hacı (2016-09-23 11:35:06)
Bir dəfədən heç nə olmaz buraxırlar. Amma sistemə düşsə ki eyni adam daim təkrar şeylər alır, saxlayırlar. Yəni bu fərdi məsələdir. Gizli alverçilər də belə edirlər ona görə. Onun bunun adına hissə-hissə gətirirlər hər dəfə 3-4 dənə olmaqla. Bu çox xırda ticarət formasıdır deyə çox da ilişmirlər, ona görə də buraxırlar, çox sərt deyil nəzarət. Amma yenə deyirəm, təkrar-təkrar olanda saxlayarlar gec-tez. Bir dəfə olanda saxlasalar təbii ki siz gedib iddia edə bilərsiz ki özümçün alıram, onlar da əksini isbat edəməz. Amma təkrar təkrar olanda onların əlində rahat əsas yaranar ki şəxsi məqsədçün deyil bu.