Ebaydan gələn mal, öz paketində gəlir, yoxsa?

Salam. E bay dan gələn mal hər hansı bir bağlamaya qoyulub gəlir, yoxsa malın öz qabı açıqda görünür? Yəni aldığım malı açıb baxırlar ? Baxanda içindən nəyisə götürməzlər? Verəcəyiniz cavablara görə, indidən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2016-09-25 10:09:40)
customs.gov.az saytında həm daşınması qadağan olan mallarım siyahısı var həm də telefon nömrəsi, hansı ki zəng edib öyrənə bilərsiz konkret filan şey olar ya olmaz. Gömrük baxanda təbii ki yenə öz qutusuna qoyur. Necə gəlmişdisə elə də davam edir yoluna.

qabil.qurbanov.qedir (2016-09-24 01:43:59)
Cavaba görə təşəkkürlər. Qanuna zid aparatlar haqqda haradan öyrənmək olar? Və gömrük, misal, baxdı, sonra qabın içinə qoyulur? Soruşmaq istədiyim mal öz karobkasında daşınır, yoxsa ayrı bağlamaya da qoyulur?

E. Hacı (2016-09-23 10:31:20)
Malın üstündə malın nə olduğu yazılır. Əgər şübhəli görünərsə gömrük qabı açıb içinə baxa bilər. Poçt yox, yalnız gömrük. Hansı ki mal birinci onlara çatır, onlar buraxandan sonra poçta ötürülür. Təbii ki, bu onların haqqıdır. Heç bir halda malın içinə baxmağa icazə olmasa onda kim hə istədi alar ki xaricdən, qanunsuz şeylər daxil. Ona görə də mal əgər şübəhli görünmürsə və üstündə invoysunda hər şey aydın yazılıbsa, 99% ehtimalla qabı açmadan keçir və gəlir. Məsələn mən indiyədək 100-lərlə məhsul almışam xaricdən poçtla, 1 dəfə də olsun açılmayıb, hamısı original qablaşdırmada gəlib özümə çatıb. Çünki şübhəli görünən şey olmayıb. Amma elə tanışlarda olub ki, açıb baxıblar içinə, buraxmayıblar, qanunazidd nəsə cihaz zad olduqda isə hətta çağırıb izahat alıblar, ki bunu niyə almısan, məqsədin nədir və.s.

qabil.qurbanov.qedir (2016-09-23 10:27:53)
Bir də ki, poçtda mal götürən də malın nə olduğunu soruşurlar və ya mala baxırlar?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Musteri poçt

Stock İnsanlı Videoları Pornoda istifadə edərlərmi?

Ebay refund

Məhsulun gömrükdə saxlanılması, gömrük və poçt ödənişləri

ebayda ünvan dəqiqliyi

Karvan jurnalı