Mitsubishi Pajero io almaq, bu maşın haqqında fikirləriniz necədir?

Dostlar, Mitsubishi Pajero io avtomobilinin müsbət və mənfi cəhətləri haqqında nə deyə bilərsiniz? Almaq məsləhətdirmi?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

safarsson (2016-09-25 13:58:43)
bu maşınlarda rol peredelka olur demek olarki hamisinda. Problem ona gore ola biler.

E. Hacı (2016-09-25 10:12:14)
Bu modeldə rulovoy barədə düzü çox eşitməmişəm, amma digər əksər modellərdə də rulovoy problemi olur maşının ömrü 10 ilə yaxınlaşanda və ya ötəndə. Yəni rulovoy problemi çox eşitmişəm 8-10 illik maşınlarda, təki mitsibushi yox.

Maqa (2016-09-24 23:28:18)
benzin sərfiyyatı 3 litr həcmli maşın var bizdə maksimum sürsən 15 litr yandırır birazda kuzası ağırdı deyə çox gedir

Aslanhassanli (2016-09-24 21:19:09)
Bəs benzin sərfiyyatı? Ehtiyat hissələri tapmaq olurmu? Bir də rulavoyda ümumi bir problem var imiş bu haqda məlumatınız yoxdur? Əvvəlcədən təşəkkür edirəm.

Aslanhassanli (2016-09-24 13:00:35)
Bəs benzin sərfiyyatı? Ehtiyat hissələri tapmaq olurmu? Bir də rulavoyda ümumi bir problem var imiş bu haqda məlumatınız yoxdur? Əvvəlcədən təşəkkür edirəm.

Maqa (2016-09-24 11:03:12)
Bəli ən pi yeri komfortsuz maşındır bir sözlə mənim fikrimcə bu maşınla uzaq yol getmək bir at arabası ilə yol getməyə bərabərdir bu mazda və honda markalarına da aiddir

E. Hacı (2016-09-23 19:10:10)
Yenisi çıxmır deyə yəqin köhnə illəri 2000-2004 nəzərdə tutursunuz. Bir neçə tanışımda vardı bu maşından. Belə dözümlü, qənaətli maşındır. Ən əsas ciddi qüsuru narahat maşın olmasıdır, loru desək elə bil taxta üstündə oturmusan gedirsən. Yoldakı ən incə çatı belə bütün salonda hiss etmək olur. Bunun bir neçə səbəbi var, ən əsası ona görə ki maşının ölçüsü kiçikdir və altın hündürdür, belə olanda komfortu unutmaq lazımdır. Üstəlik də ki, Mitsibushi markasının altı hündür modelləri adətən bu barədə problemli olurlar, yəni dözümlü olsalar da çox narahat olurlar.