Avtomobilin cərmələrini sürücülük vəsiqəsi olmadan necə öyrənə bilərəm?

Avtomobile yazılan cermeleri öyrenmek istəyirəm ama sürücülük vesiqem yoxdu avtomobil de öz adımadı. Maşının nömresi ya da texpasportu ilə cerimeleri necə onlayn öyrene bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2016-09-25 20:55:47)
Maşın nömrəsinə yox, sürənin sürücülük vəsiqəsinə yazılır cərimə. Yəni maşın hazırda kimin idarəçiliiynə verilibsə onun vəsiqəsinə yazılır. Nömrə sadəcə İD rolunu oynayır və sürücünün kim olduğunu tapmaqda kömək edir. Əgər sürücülük vəsiqəsiz maşın radara düşsə, o halda daha pis, onların proqramında xüsusi bölməyə düşəcək ki bu maşının heç sürücüsü yoxdur, və o halda sizə şəxsiyyət vəsiqənizə uyğun ağır bir inzibati xəta cəriməsi yazılacaq. Ki ixtiyarınız olmadığınız halda maşın sürmüsünüz deyə. Təbii ki belə hallarda bəzən anlaşılmazlıqlar olur, onların verilənlər bazasının düzgün sinxronlaşdırılmaması və.s. səbəbdən bəzən keçmiş sürücüyə cərimə gəlir və ya bəzən təzə sahibə keçmiş sürücüyə aid cərimə gəlir - amma bütün bunlar həll edləsi məsələlərdir, rahat yolla isbat etmək olur ki, bu cərimə yanlış gəlib - və ümumiyyətlə bu az-az baş verən haldır . Normal halda baş verməməlidir bu

Cabbarov Sübhan (2016-09-25 19:56:49)
Cavab göre çox sağolun. Ama maşın nömresine cerime yazılır axı. Men yol hereketi qaydasını pozsam cerime hara yazılacaq? Meselen ışıqforun qırmızı ışığında keçirem sonra kameradan baxıb maşının nömresini yazıb cerime yazmaq isteseler neye yazacaqlar cemeni? Sürücülüq vesiqesi yoxdu

E. Hacı (2016-09-25 19:52:09)
Salam. Avtomobile aid cərimə mövcud deyil. Cərimə yalnız və yalnız sürücülük vəsiqəsine aid olunur. O maşına həbs qoyulması və s halları deyirsizsə, o maşın kimin adinadirsa o adamın öz borcuna görə olur. Ya adi bank borcu, ya sürücülük vəsiqəsinde olan cərimə borcları və s. Avtinobil mülkiyyətdir, və əgər sizin adınıza keçibsə və sizin də sürücülük vəsiqəniz yoxdursa, o halda masin təmizdir, bir problemi yoxdur. Bir radar problemi filan olsa da sonradan, bu onun keçmiş sahibinin adına olacaq. Anlaşılmazlıq da olduqda siz rahat isbat edirsiz texpasportdaki tarix ilə ki, mənimle əlaqəsi yoxdur o borcun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Cərimə ödəmə

DYP cərimə balını ada keçirtmək

Ölkəyə retro maşın gətirmək

Çin maşın keyfiyyəti

Avtomobil saytı

Əcnəbi radar cəriməsinin olmağını necə oyrənə bilər