Kairos Planet etibarlıdırmı

Salam.Kairos planet haqda məlumatı olan var?Bu haqda məlumatı olan insanlardan məlumat almaq istərdim.Bilmək istərdim nə dərəcədə etibarlıdır bu şəbəkəyə qoşulmaq.Öncədən minnətdaram.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2016-09-27 15:39:02)
Qısa desəm, uzaq durulması gərəkən növbəti piramidadır. Bu tip şirkətlər sizin kompüterdə heç bir hesablama işi görmür, bütün bunlar baş aldatmaq üçündür, yəni ciddilik yaratmaq maskasıdır, ki guya real işlər gedir, əslində isə sadəcə yalançı proqramdır, hər hansı ciddi iş görmür. Bu tip şirkətlərin gördüyü tək iş şəbəkə qurub hər gətirilən müştəridən lotlara görə pul almaqdır, vəssalam. Bəziləri bunu saat satmaqla edir, bəziləri informasiya texnologiyası donuna bürünərək edir, bəziləri nəsə medalyon satır və.s. Mahiyyətcə hamısı eyni adamlardır, piramida şəbəkəçiləri.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress-dən telefon almaq haqqında

Aliexpressdən powerbank almaq

Plastik (Debet) Bank Kartı Kömək

Bakı’da her hansi xarici brendin filialini acmaq ( aksessuar/geyim )

Hesab təsdiqi – payoneer

AliExpress (Power bank)