Exceldə formula qurmaq

Salam. Excellə bağlı belə bir sualım var (Google-da tapa bilmədim). Tutaq ki, A1 xanasında list (menyu) qurmuşam, bu menyuda Samir, Əli və İbrahim seçimləri var. İstəyirəm ki, A1 xanasındakı bu menyudan Samir variantını seçdikdə, B1 xanasında 1 yazılsın, Əli variantını seçdikdə 2 yazılsın, İbrahim seçdikdə 3 yazılsın və yaxud da bu rəqəmlər başqa yerdə yazılmış xanalardan B1 xanasına avtomatik kopyalansın. Hansı formuladan istifadə etmək olar? Əslində, IF funksiyası vasitəsilə bunu edə bilirəm. Lakin, B1 xanası üçün bir funksiya qurmaq olur və bu da A1 xanasındakı seçimlərdən yalnız birinə aid olur, digərini seçəndə FALSE yazır. Yəni, B1-də A1 xanasındakı Samir seçimi üçün formula işləyir, Əli seçdikdə xəta verir. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Excel parolu ləğv etmək

Word Excel Windows-la birgə qurulmuş olur, ya?

Excel funksiyalarının izahı

Onlayn Excel dərsləri

Excel də bildiriş (reminder)

Exceldə düymə (knopka)