Web Development üçün Laptop seçimi

Salam bəylər. Programlaşdırma üçün ideal Laptop siczə hansı marka və model olardı ? (php) Web development-dən gedir söhbət. Tövsiyələrinizi verin zəhmət olmasa

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Hasan0208 (2016-09-30 20:43:04)
asus və acer arasında qalmışam.

Bhruz (2016-09-30 15:24:45)
Əgər sürətli və ramı çox olan bir noutbuk istəyirsinizsə Toshiba və ya Acer ala bilərsiniz. HP məsləhət görmürəm. Yaxşı işləməyinə baxmayaraq problemləridə çox olur.

Şükür Hüseynov (2016-09-30 15:01:45)
Salam 3d proqramlaşdırmadan və ya android proqramlaşdırmadan söhbət getsəydi güclü bir komputerə ehtiyac olardı 8gb ram filan. Mən 6 gb ramı olan komputerdə 3d proqramlaşdırmada çətinlik çəkirdim, komputer donurdu. Androiddə deyilənə görə 4 gb ramda belə çətinlik yaranır. Yəni əgər Android, 3d belə şeylərlə məşğul olassızsa çalışın ən aşağı 6-8 gb ram olsun. Ancaq veb-development üçün deyirsizsə, məndə komputerin ramı birdi videokart da yoxdu neçə ildi veb developmentnən məşğul oluram bu komputerdə :) Yəni veb development üçün elə də güclü komputerə ehtiyac yoxdu amma yenə də 2-4 ram pis olmaz komputer donmasın deyə. Cpu-da adətən 2+ olur çoxunda. Hard diskdə ki öz seçiminizdi.