Google Analytics düzgün nəticə göstərmir

Salamlar. Deməli belə, bir müddət əvvələ qədər hər şey qaydasında idi. Google Analytics digər analitik servislərə nisbətən eyni statistikanı göstərirdi. 1 ay olar domen adını dəyişmişəm, yeni domeni Analytics hesabıma əlavə etmişəm. amma statistika düüzgün göstərmir. StatCounter də istifadə edirəm... Məsələn, StatCounter gündəlik unikal ziyarətçini 140-160 göstərəndə Google 35-55 arası göstərir. Jetpack ilə də analiz edəndə ziyarətçi sayını Googldan qat qat çox göstərir. Bunun səbəbi nə ola bilər? Əvvəl Google Analytics Dashboard istifadə edirdim, sonra plaqini deaktiv edib kodu temadakı uyğun yerə əlavə etdim ki bəlkə plaqində nəsə problem olar amma fərq yoxdur.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Vüqar İsmayılzadə (2016-10-04 23:11:49)
Yonlendirme nece olunur ki? Saytda olan yazilar hamisi eyni qalir sadece domen adi deyisib. Kohne domeni de yonlendirmisem yenisine. Basqa nece etmek olar yonlendirmeni?

emis (2016-10-04 23:07:44)
Domen adını dəyişməyə görə olmalıdır. Köhnə domendəki linkləri yönəltmisiz yeni domenə? Əgər belədirsə google bəzi tklamaları köhnə domenin hesabına yazır. Yox əgər yönəlmə zad yoxdusa day nəm.

Vüqar İsmayılzadə (2016-10-03 15:37:03)
lazimsiz tiklar deyende ne nezerde tutursuz? yazilar ancaq facebookda paylasilir. sayta daxil olanlar da ordan daxil olur cox vaxt.

Behruz7 (2016-10-03 14:32:39)
Yəqin ki, səhifənizə lazımsız tıklar olub.