WordPress-dən hansı platformaya keçmək məsləhətdir?

Salamlar. WordPress-lə 1 illik təcrübədən sonra başqa platformaya keçmək qərarına gəldim. WordPress-də nə etmək istəsən gərək əlavə plaqinlərdən istifadə edəsən, bu da ki skriptin yavaş-yavaş ağırlaşmasına səbəb olur. İndi elə bir platforma axtarıram ki WordPress-dən ona keçid asan olsun. Saytda olan məlumatları asanlıqla inteqrasiya eliyə bilim..belə bir platforma bilən var?

Google-da çox axtarış etmişəm. Joomla, Drupal, Anchor, Grav, DLE və s…çox skript tapdım amma hərəsində bir ƏMMA çıxır. (php proqramlaşdırmanı bilmədiyimə görə :D)

Bir sözlə hazır halva axtarıram 😀


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(16:57, 07/10/2016 ) #65455

1. Hazır halva olmur, bişirmək lazımdır.
2. Bütün CMS-lər core-template-plugin məntiqi ilə işləyir, elə ya belə kiçik ad və struktur fərqləri olsa da ümumən eynidir iş prinsipləri.
3. WordPress ən yaxşı CMS-dir.
4. Kod hissəyə toxunmadan, hazır həllərlə işləmək bir yerə qədərdir, oradan sonra artıq kod başlayır, ya özünüz bilməli, ya da bilən birinə həvalə etməlisiniz.
5. Pluginlər əgər normaldırsa düzgün qurulubsa zəiflətməməlidir sistemi. Üstəgəl server(hostinq) və yaxşı olmalıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:26, 07/10/2016 ) #65458

    Hacının sözlərilə tam razıyamş

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavablara gore tesekkurler. Bilirem halva meselesi absurd sohbetdi 🙂

Mesele burasindadi ki her teze meqale zad yazanda sayt bir o qeder gec response verir. Bir gunde 2500 unikal daxil oldu sayta girdim cpanelde birden gozume deydi ki 1.3gb ram istifadedi, xeberdarliq gelir.. butun plaqinleri deaktiv eledim yene de eyni mesele oldu. Sayti backup eledim sonra yerli-dibli sildim ram istifadesi dusdu 10mb-a.. yeniden restore eledim yene eyni problem oldu. 1 gun evvelki veziyyete qaytardim duzeldi. Cemi 1 meqale yazmisdim, ne elave plaqin yuklemisdim ne de basqa nese.
Hem de internetde bu barede cox axtardim ekser meqalelerde bir muddet sonra wordpress core-un daha cox resurs yediyi barede yazilirdi.

Hosting cox yaxsidi eslinde. Reytinqde de birinci yerdedi. Butun testlerden de yaxsi kecir. Evvel DLE istifade edirdim bele problemler cixmirsi + wordpressden daha suretli isleyirdi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:03, 08/10/2016 ) #65461

    Tamamilə yanlış yanaşmadır. 1.3GB RAM yeyilirsə, monitor edib səbəbinə baxmaq lazımdır. Ola bilər konkret bir yerdə nəsə ciddi konflikt var, o şişirir memory-ni.
    cavablar.net də wp-dədir, 18000-dən çox post var, 60-70 min cavab-şərh var, visitor da siz deyən rəqəmdən çoxdur, hətta heç bir cache sistemi də qoşulmayıb, hansı ki belə iri bazalı saytda çoxdan qoşulmalı idi optimizasiya üçün, buna rəğmən ilk gündəki kimi işləyir və yediyi memory ümumi serverdə heç 300-400mb deyil apache-php-mysql bir yerdə.
    Yəni debug etmədən, serverdə processləri monitor etmədən heç bir ittiham irəli sürmək olmaz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:42, 13/10/2016 ) #65510

wp ən yaxşısıdır. wp-dan sonra başqa cms-ə keçmək dala qayıtmaqdır. wp-dan sonra codeigniter-ə zada keçmək olar. növbəti addımda inkişaf olmalıdır yəni.

mən özüm wp-ya dle-dən keçmişdim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (5 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024