WordPress-dən hansı platformaya keçmək məsləhətdir?

Salamlar. Wordpress-lə 1 illik təcrübədən sonra başqa platformaya keçmək qərarına gəldim. Wordpress-də nə etmək istəsən gərək əlavə plaqinlərdən istifadə edəsən, bu da ki skriptin yavaş-yavaş ağırlaşmasına səbəb olur. İndi elə bir platforma axtarıram ki Wordpress-dən ona keçid asan olsun. Saytda olan məlumatları asanlıqla inteqrasiya eliyə bilim..belə bir platforma bilən var? Google-da çox axtarış etmişəm. Joomla, Drupal, Anchor, Grav, DLE və s...çox skript tapdım amma hərəsində bir ƏMMA çıxır. (php proqramlaşdırmanı bilmədiyimə görə :D) Bir sözlə hazır halva axtarıram :D

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Miri92 (2016-10-13 18:42:21)
wp ən yaxşısıdır. wp-dan sonra başqa cms-ə keçmək dala qayıtmaqdır. wp-dan sonra codeigniter-ə zada keçmək olar. növbəti addımda inkişaf olmalıdır yəni. mən özüm wp-ya dle-dən keçmişdim.

E. Hacı (2016-10-08 11:03:05)
Tamamilə yanlış yanaşmadır. 1.3GB RAM yeyilirsə, monitor edib səbəbinə baxmaq lazımdır. Ola bilər konkret bir yerdə nəsə ciddi konflikt var, o şişirir memory-ni. cavablar.net də wp-dədir, 18000-dən çox post var, 60-70 min cavab-şərh var, visitor da siz deyən rəqəmdən çoxdur, hətta heç bir cache sistemi də qoşulmayıb, hansı ki belə iri bazalı saytda çoxdan qoşulmalı idi optimizasiya üçün, buna rəğmən ilk gündəki kimi işləyir və yediyi memory ümumi serverdə heç 300-400mb deyil apache-php-mysql bir yerdə. Yəni debug etmədən, serverdə processləri monitor etmədən heç bir ittiham irəli sürmək olmaz.

Vüqar İsmayılzadə (2016-10-08 00:34:27)
Cavablara gore tesekkurler. Bilirem halva meselesi absurd sohbetdi :) Mesele burasindadi ki her teze meqale zad yazanda sayt bir o qeder gec response verir. Bir gunde 2500 unikal daxil oldu sayta girdim cpanelde birden gozume deydi ki 1.3gb ram istifadedi, xeberdarliq gelir.. butun plaqinleri deaktiv eledim yene de eyni mesele oldu. Sayti backup eledim sonra yerli-dibli sildim ram istifadesi dusdu 10mb-a.. yeniden restore eledim yene eyni problem oldu. 1 gun evvelki veziyyete qaytardim duzeldi. Cemi 1 meqale yazmisdim, ne elave plaqin yuklemisdim ne de basqa nese. Hem de internetde bu barede cox axtardim ekser meqalelerde bir muddet sonra wordpress core-un daha cox resurs yediyi barede yazilirdi. Hosting cox yaxsidi eslinde. Reytinqde de birinci yerdedi. Butun testlerden de yaxsi kecir. Evvel DLE istifade edirdim bele problemler cixmirsi + wordpressden daha suretli isleyirdi

Behruz7 (2016-10-07 21:26:18)
Hacının sözlərilə tam razıyamş

E. Hacı (2016-10-07 16:57:35)
1. Hazır halva olmur, bişirmək lazımdır. 2. Bütün CMS-lər core-template-plugin məntiqi ilə işləyir, elə ya belə kiçik ad və struktur fərqləri olsa da ümumən eynidir iş prinsipləri. 3. WordPress ən yaxşı CMS-dir. 4. Kod hissəyə toxunmadan, hazır həllərlə işləmək bir yerə qədərdir, oradan sonra artıq kod başlayır, ya özünüz bilməli, ya da bilən birinə həvalə etməlisiniz. 5. Pluginlər əgər normaldırsa düzgün qurulubsa zəiflətməməlidir sistemi. Üstəgəl server(hostinq) və yaxşı olmalıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Post səhifəsinə karusel slayder əlavə etmək

Wordpres vs Jommla

WordPress üzərində yığılmış bloglarda URL ilə tag sözlərə baxmaq

DLE üçün tema və modullar

WordPress XML import-da attach

WordPress backend functions və frontend functions file