Javascript kodu

Salam. Mən istəyirəm ki, öz səhifəmdə bir button yaradım. Məsələn kimsə mənim səhifəmə girir. Və oradakı faylı köçürmək istəyir. Amma ilk öncə mənim kanalıma abunə olmalıdır. Bunu necə edimki mənim kanalıma abunə olduqdan sonra faylı köçürmə linki üzə çıxsın. Youtube kanalıma abunə olmaq üçün buttonu özüm yaratdım. Bircə qalıb ki, bu buttona vurduqdan sonra faylı yükləmək linki üzə çıxsın: [code]<script src="https://apis.google.com/js/plusone.js"></script> <div class="g-ytsubscribe" data-channel="TheAlper061" data-layout="full" data-theme="dark"> </div> [/code] Button budur.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Osminoq (2017-04-19 12:50:16)
Bunun üçün: 1. Faylın köçürmə linkini gizlədin: "display: none;" və ya "visibility: hidden;" 2. Həmin button-un onclick eventinə funksiya əlavə edin. Bu funksiyanın gövdəsinə aşağıdakı kod hissəsini əlavə edin: document.getElementById("faylin_kocurme_linki_olan_elementin_idsi").style.display = "inline"; və ya document.getElementById("faylin_kocurme_linki_olan_elementin_idsi").style.visibility = "visible";

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Javascript`də kömək

Javascriptdə test yaratmaq

Refresh Page

İki javascript bir səhifədə işləmir.

Düymədə kod

programlaşdırmanı kurslarda öyrənmək yoxsa özbaşına öyrənmək?