Rahat və sərfəli reklam saytları?

Salamlar. Köhnə mövzuları oxudum elədim nəsə tapammadım fərli-başdı bir şey. Mənə rahat reklam yayımlayacağım və heç olmasa normal qazanc verən saytlar lazımdı. Kim bilirsə xahiş edirəm yazsın. Adnow.com dakı gərək günə 10000 hostun olaki qazanasan. Pulu çox az verir. Propellersads popads kimi saytlar isə konkret olaraq ziyarətçini bezdirən qaçıran şeydi. Adsense qəbul eləməz. Azəri saytlarıdakı tapmıram. Yayımla azdı nəm ildə əsrdə bidəfə reklam olur. Oda nar mobile zad )) Mobilinkaz burdada ancaq azəri iplərin sayır. Azərilərin çoxu isə opera ilədi. Operada ən ru dilində :)

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

emis (2016-10-20 23:11:32)
E.Hacı düz deyirsiz. Yaxşısı səbr etməkdi. Qabaqda hələ uzun zəhmət olacaq.

emis (2016-10-20 23:06:37)
http://meqale.net

E. Hacı (2016-10-19 09:21:58)
Vaxt itirəcəksiz sadəcə. Birinci ziyarətçi sayı artmalıdır. Heç olmasa günlük 1000 olmalı. Düzdür min də azdır amma yenə də cüzi gəlir gətirər bəlkə.

Hackback (2016-10-18 17:38:29)
saytin adi nedi maraqli geldi?

emis (2016-10-15 21:30:28)
Aha bilirəm. Ziyarətçi sayı belə hələki təzə olduğuna görə 200-250 arasıdı günə. Yəni sözdüz ki bununla çoxlu qazanammaram. Amma yenə də sərfəli bir reklam sistemi lazımdır ki azdan çoxdan qazanım. Xırda reklam işlərinə flan

Şükür Hüseynov (2016-10-15 13:04:12)
Salam Əvvəlcə deyim ki saytınızın ziyarətçi sayı aşağıdırsa, əvvəlcə çalışın ki, saytın ziyarətçi sayını artırasınız. Sayt faydalı saytdırsa və ziyarətçi sayı çoxalsa, hər hansı bir reklam xidmətinə ehtiyac qalmaz, pulla reklam təklif edərsiniz. Ən yaxşısı bildiyimə görə Adsense xidmətidi. Mən Yayımlanı sayta yerləşdirmişdim, 50 nəfər girəndə heç 1 nəfər də reklama daxil olmurdu. Heç kimin o reklamlara marağı olmur. Adsense xidməti də qəbul eləmirsə yaxşı olar ki, saytın istifadəçi sayını artırasınız. İstifadəçi sayı artsa real müştərilər ola bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Adsense reklamları və Azərbaycan saytları…

Facebook reklam

Reklam ölçüləri və reklam çapı

instagram kitab reklamı

telefonda reklam gəlir

Əgər sayt Azərbaycan dilindədirsə necə pul qazanmaq olar ?