Android Studio

Salam. Mən Netbeansda Bir web proyekt yaratmışam. Restful vasitəsilə mysql bazasına insert select edə bilirəm. Application Server olaraq Glassfish istifadə edirəm. Telefonda da eyni prosesi, yəni brauzerdə linkə girib açılan index.jsp səhifəsində insert edə bilirəm. Select isə Json vasitəsilə edirəm. Bunlar Netbeansda işləyir. İndi istəyirəm ki, Android Studio eynən həmin prosesləri (select, insert) işini Restful vasitəsilə rahat şəkildə edə bilim. Xahiş edirəm köməklik göstərəsiniz. Öncədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Osminoq (2017-04-19 12:42:26)
Tam olaraq nə etmək istədiyiniz başa düşmədim. Ancaq əgər məqsədiniz Netbeans-dakı proyekti Android Studio-ya import etməkdirsə, bu alınmayacaq. Çünki sizin netbeans-da yaratdığınız veb proyektdir. Android studioyla isə yalnız mobil proyektlər yarada bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android studio install

Android Studio