tələbə proqramçı

Salam mən proqramlaşdırmanı öyrənirəm. Bu sahədə tələbəyəm. Hələki ancaq riyazi ifadələr hesablayan proqramlar yaza bilirəm. Bilmək istərdim ki bu dillər vasitəsilə qrafik görüntülü necə proqram yaradırlar? Yəni ancaq yazı kimi deyil canlı bir proqram. Ms DOS-un Windows ilə müqayisəsi kimi. Windows qrafik ms DOS isə ancaq yazıdı.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Abdurrahim (2016-11-20 21:23:41)
Çox sağ olun

Şükür Hüseynov (2016-10-22 13:21:16)
Salam İlk öncə dilin özünü yaxşı öyrənməyə çalışın. Mürəkkəb alqoritmlər həll edin, proqramlaşdırma məntiqini dərk etməyə çalışın. C++ dilini yaxşı öyrənə bilsəz qrafik elə də çətin gəlməz. Məsələn, Embercadero C++ Builder yükləyib baxa bilərsiniz. Trial versiyası mövcuddur. Orda düymələr, elementlər çox şey hazırdır. Görəssiz ki burda interfeysli sadə proqramlar yaratmaq elə də çətin deyil. Hətta mobil platformalar üçün də proqram yaratmaq olur. Bundan əlavə OpenGl kimi qrafik kitabxanaları da mövcuddur ki, burada hər şey OpenGl kitabxanasının funksiyaları vasitəsilə yaradılır. Bu kitabxanalarla oyun proqramlaşdırmaq mümkündür.

E. Hacı (2016-10-21 10:40:55)
Onlar əlavə qrafik library-lərin köməyi ilə olur. Yəni dil olaraq c++-da vizual nəsə yoxdur. Vaxtı gələndə araşdırın internetdən lazımi olanı qurub istifadə edin. Məşhurlardan bir iki dənə deyim: GTK, QT, FLTK, JUCE və.s. Məsələn QT-dən Linux əməliyyat sistem distrolarının vizual hissələrində geniş istifadə edilir, vizual proqramlar, həllər yaradılır: https://www.qt.io/

Abdurrahim (2016-10-20 01:26:26)
C++ da çalışıram. Bu dil haqqında oxuduqda hər zaman oyundan tutmuş tətbiqi proqramlar yaratmağa belə imkan verdiyini oxuyuram. Amma ki, bu dilin alqoritimndə mən hələ qrafiki bir şey yaratmağa imkan verən bir şey görməmişəm. Yəni mənə maraqlıdı bu dillə necə oyun, proqram (normal dizaynlı) yaradırlar? Yəni bilirəm hələ tezdi amma yəni bunu bilsəm dahada həvəslə çalışaram. Çünki yazıların kodların qrafiki proqrama çevrilməsi ayrı bir zövqdür.

E. Hacı (2016-10-19 22:04:41)
Salam. Hansı dil ilə yazırsınız riyazi proqramları? Pascal ya Basic? Vizual proqramların məntiqi bir az başqa cür olur. Dos dillərdə sadəcə giriş, əməliyyat və çıxış olursa, qrafik hissəsi olanlarda bir az fərqlidir durum. Qısa izah edilməli çətindir. Gərek hansısa birinə başlayasiz sıfırdan. Səbrlə, tələsmədən. Dərhal hansısa güclü proqramı yazacaq səviyyə gözləmədən. Bir müddət sonra görəcəksiz ki hər şey alınır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Universitetlərdə proqramlaşdırma

Proqramlaşdırma dilləri

Proqramlaşdırma kursu axtarıram

Python üçün kitaba ehtiyacım var.

Step IT yoxsa CodeAcademy ?

Saytı necə qurmalı