Online Satış(CMS)

Salam cənablar. Hazır online market (online aksessuar satışı ancaq ödəniş çatdırılmada olacaq) üçün nə təklif edə bilərsiniz.Məsələn hazır cms və ya template (free olsun :) ). Qısacası click -> install-> ready məsələsi. Əvvəlcədən minnətdaram.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ruslan Butdayev (2016-10-20 14:47:27)
Təşəkkürlər Elvin

E. Hacı (2016-10-20 12:32:44)
Salam. Hazırda 3 məşhur ecommerce CMS platforması var, populyarlıq ardıcıllığı da çoxdan aza belədir: WooCommerce(WordPress üzərində işləyir), Magento (ayrıca CMS) və Prestashop (ayrıca CMS) 4cü məşhur isə Shopify-dır, hansı ki ümumiyyətlə developmentsiz işləyir, yəni online mağazadır, builder filan hər şeyi var. İstifadə rahatlığı ən asanı deyərdm Shopify-dır, amma pulsuz deyil, aylıq ödənişlədir və məhdud imkanlıdır, nə varsa odur. Magento dəhşətli əzabdır istifadəsi, özü pulsuz olsa da customize və nəsə qurmaq ERP yazmaq kimi bir şeydir. Çox çətin strukturu var. Prestashop normaldır hər mənada, sadəcə demək olar bütün modulları pulludur özü pulsuz olsa da. Yerdə qalır WooCommerce. Pulsuzdur, pulsuz tema və pluginləri də çoxdur. Daha asan customize olunur. Düzdür orda da əsas keyfiyyətli theme və pluginlər pullludur, sadəcə pulsuz da yetərincədir. Ona görə də WooCommerce məsləhətdir.