Daha yaxşı Hosting

Salam. Mən saytıma yaxşı hosting (server) axtarıram. məsələ budur ki mən 1 ildən çoxdur eurobyte -ın hostinglərindən istifadə edirəm. indi bir ay olar ki hostingim dözmür. Bu gün hosting paketimi dəyişdim amma yenədə sayt donmağa başladı. VSD serverə dəyişdim (2 nüvəli), yenədə olmadı. Qalmışam belə... Qeyd: sayta gün ərzində 50 min baxış olur.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

az-hosting (2018-10-11 02:37:06)
Salam, uyğun olaraq ardıcıllıq: hostinq -> (vps/vds) -> dedicated. tarif dəyişməzdən əvvəl saytdakı (və ya scriptdəki) problemi aşkarlamaq lazımdir. Problem əgər script qaynaqlı yox hostinqle bağlı olarsa tarifləri yüksəldə bilərsiz. Çox vaxt script qaynaqlı problemlər praktikada müşahidə edirik ki, bu da tarif dəyişkənliyi zamanı müvəqqəti müsbət nəticə verir.

E. Hacı (2017-01-26 10:07:29)
Əgər xidmətinizin təklifi yerində və uyğun yerdədirsə bu spam hesab edilmir. Bundan başqa digər hostinq/domen mövzulareında da aktiv iştirak edib username olaraq brendinizi tanıtmaq, müsbət imic formalaşdlrmaq tam normal hesab edilir.

baku.hosting (2017-01-26 06:20:46)
Salam, En yaxşı hosting deyende, size "bir dost kimi" meslehet görmek istiyerdim ki, "heç vaxt" unlimited yazan termine inamınız olmasın. Çünki, unlimited yazan hosting xidmeti-nin, user agreement (istifadeci razılaşması) protokolünde, size balaca herflerle yazılı "cpu / ram / fayl sayı / aylıq 1 faylın endirilme sayı / mysql konnetşın sayı heddi" kimi limit / hedd-ler qoyula biler. Buna göre, en yaxşı yox, "ehtiyacınızı en yaxşı qarşılayan" xidmeti almağınızı meslehet görürem.

Sualveren (2016-10-29 19:46:05)
iphoster.net'den directadmin hosting alin, orada isletdiyim saytin hostu 10 min-20 min arasi olub donmayib.

Teodor86 (2016-10-28 15:53:54)
Aylıq 10.9 avro paketi: 25 QB SSD, 4 QB DDR, trafik limitsiz, virtual ayrılmış server. Özləri virtual serveri sazlamaqda kömək edirlər.

aziz84 (2016-10-28 14:52:06)
cavbınız üçün təşəkkür edirəm. coqrafiya.info üçün istəmirəm. tehsilim.info üçün istəyirəm. Bilirsiniz eurobyte.ru mənim bütün vəsaitimi aparır, keyfiyyət isə yoxdur.əvvəllər çox razı idim, indi niyə belə olur bilmirəm.. tehsili.info üçün fastvps.ru -da ən uyğunu hansıdır?

Behruz7 (2016-10-28 12:48:43)
Godaddy-ı nəzərdən keçirin.

Teodor86 (2016-10-28 12:01:23)
Salam. Hetzner, yaxud Fastvps müraciət edə bilərsiniz. Sonuncudan özüm istifadə edirəm. Support çox yüksək səviyyədədir. Sizin profilinizə baxdım. Çox güman ki söhbət coqrafiya.info saytınadan gedir. 50 min baxış unikal istifadəçi demək deyil. Fastvps resursunda saytınızı yoxladım, optimal variant kimi qiymət aylıq 7.9-14 avro arasında dəyişir. Hetzner resursunda daha ucuz almaq mümkündür. Qeyd edim ki, skriptlərdən də çox çey asılıdır. Düzgün yazılmamış kod serveri dondura bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Web server necə yaradım

Hosting Domen satışı saytı necə yaratmaq olar?

Domain və Hosting

NodeJs desteyi olan Server.

sayt ucun hosdinq

Godaddy ilə bağlı problem