proqram seçimi

Salam mənim ixtisasım kompüter elmleridir, 4cü kursam mən işləmək üçün hansı proqramı öyrənməliyəm, məsləhətdir və hansı dili seçməliyəm, rus yoxsa ingilis?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Behruz7 (2016-10-29 12:35:30)
Proqramlaşdırma dilini bilmədiyinizə görə sizə dizayner olmağı tövsiyyə edirəm. Məsələn, video montaj, şəkil montajı, 3D dizayn vermə və s. Əgər sayt dizayn etmək istəyirsinizsə, amma proqramlaşdırma dilini bilmirsinizsə Adobe Muse ilə işləyin. Buna proqramlaşdırma dili lazım olmur. Amma proqramlaşdırma dilini öyrənmək istəyrsinizsə gec deyil başlayın öyrənməyə.

Şükür Hüseynov (2016-10-29 12:16:42)
Salam Təəssüf ki, sualı vermək üçün 4 il gecikmisiz. Sizin ixtisas Komputer Elmləridir, Yəni proqramçı ola bilərdiz. Ancaq yenə də çox gec deyil. Proqramlaşdırma öyrənməyə başlaya bilərsiz. Öyrənənnən sonra proqramçı ola bilərsiz. Ancaq yaxşı proqramçı olmaq üçün gərək intensiv şəkildə çalışasız. Onda 1-2 ilə müəyyən şeyləri öyrənib işləmək olar. Ondan sonra peşəkarlaşmaq üçün, daima öyrənməyə davam etməlisiniz. Əgər proqramlaşdırmanı seçmək istəmirsizsə(seçsəniz çox yaxşı olar), dizayn proqramların öyrənib(Adobe Photoshop, Corel Draw, və s. oxşar proqramlar) dizayner kimi fəaliyyət göstərə bilərsiz. Sonra 3ds Max və oxşar proqramları öyrənib 3d Modelyer kimi işləmək olar. Video, Montaj proqramların öyrənib uyğun bir iş tapmaq olar. Əlavə olaraq, Ofis proqramlarını yaxşı öyrənib hər-hansı bir ofisdə sadə bir işə girmək olar. Sadəcə tək ofis proqramları ilə iş tapmaq biraz çətindir. Gördüyünüz kimi, komputerdə bir çox sahə var. Hər-hansı birin seçə bilərsiz. Dilə gəldikdə, fikrimcə hal-hazırda Dünyanın dili İngilis dilidir. İngilis dilini bilmək, ən azı oxuyub başa düşmək səviyyəsində bilmək lazımdır. Xüsusilə komputerlə məşğul olassınızsa. Ancaq Azərbaycanda Rus dilindən də çox istifadə olunduğuna görə Rus dilin də bilmək yaxşı olar. Uğurlar sizə :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amerikada Təhsil

smartfonda azərbaycan hərfləri ilə necə yazaq?

Pascal’da Şərti qurarkən iki-üç hal eyni anda icra olunur

Kompüterə əlavə dilin yazılması

Notebook dilləri

Telefon usb