Visa , Master Card , Maestro Fərqləri

Salam. " Visa , " Master Card " , " Maestro ".Bunların bir birinden fərqi nədir ?Cavab verəcək hər kəsə Təşəkkür Edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2016-11-12 09:02:14)
Onda pul hər ödəniş zamanı lazım olan valyutaya çevrilir, sadəcə əlavə çevrilmə faizi də gəlir üstünə ki bu heç də sərfəli deyil. Ona görə də xarici alış verir üçün dollar kartinizin olması düzgündür.

Cavidan Babayev (2016-11-12 03:03:09)
Bes meselen visa kartimda manatdir pulum ve dollarla aliw veriw edirem meselen ali expressden, onda nece olur ?

ezizov711 (2016-11-11 23:08:36)
Çox sağol ətraflı yazdıgın üçün.Təşəkkürlər

Gooner (2016-11-10 11:36:43)
Salam. "Maestro" kartları "Mastercard"ın debet kartlarıdır, yəni "Maestro" "Mastercard"ın bir məhsuludur. O ki qaldı "Mastercard" və "Visa" arasındakı fərqə, əvvəllər "Visa"da bütün hesablaşmaları dollar, "Mastercard"da isə avro ilə aparıldığı, buna görə də "Mastercard"ın Avropa, "Visa"nın isə ABŞ üçün sərfəli olduğu bildirilirdi. Ancaq hazırda hər iki şirkət heç bir əlavə konvertasiya etmədən bu iki və daha artıq valyuta ilə işləyir. Ona görə faktiki olaraq kart sahibi üçün heç bir fərq etmir. Yeganə üstünlük hər iki brendin həyata keçirdiyi lotereya və ya marketinq kampaniyalarıdır. Məsələn, "Visa" bu yaxınlarda lotereya keçirirdi, "Mastercard" isə Bravo supermarketdə hədiyyə kampaniyası

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payoneer’dən bank hesabıma pulu köçürmək

Plastik kart

Səxsi hesabdan pul köçürmə əməliyyatı

PayPal balance: $0.00 USD – ?

Visa ilə payeere pul köçürmək olarmı?

Bankdan basgasina pul goturmek