Hesab açılması və pul transferi mümkünmü?

Salam.mən Azərbaycanda bankda hesab açırsam Filippin dən bu hesaba pul köçürmək mümkündürmü?hesab açmaq.filippin pul transfer

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2019-01-13 14:31:57)
Salam. Bank HESABI əlavə etmək ancaq Amerika üçün keçərlidir. digər ölkələr üçün KART əlavə edilməlidir. Bəli, əgər hər şey düzgündürsə, hesabınız və təsdiqləyəcəyiniz müvəqqəti qeydiyyat ünvanınız xaricdədirsə, login olmağı da həmin xaricdən edəcəksinizsə, o halda Azərbaycan bank kartı qoşmaq mümkün ola bilər. Hərçənd buna da şübhə edirəm - çünki qaydalarda icazə verilən bir çox şey Paypalın süni intellekti tərəfindən blok edilir, cüzi şübhə olduqda. Hətta öz dəstək xidməti də məsləhət görəndə qəribə məsləhətlər verir ki, bunu bunu edin ki bloka düşmə şansınız azalsın. məs. - telefondan yox kompüterdən girin. - bir şey alınmayanda, səhv çıxaranda tez-tez cəhd etməyin, bir neçə saat sonra cəhd edin. - həmin an olduğunuz ölkənin kartını əlavə edin və.s. Dediyim kimi, bunlar sadəcə bloka düşmə ehtimalı yaranan insanlarda olur. Normal məs. amerikan istifadəçi bəlkə də bunların heç birinə rastlamır heç vaxt.

Orxan Mirili (2019-01-13 07:37:35)
Salam. 2 il sonra bu məsələyə yenə qayıdıram. Hazır bu sual varikən yeni bir sual kimi vermək istəmədim. Bildiriş gələcək nə də olsa. Sualım isə belədir : Azərbaycanda açılmış PayPal hesabına və ya hər hansı başqa ölkədə qeydiyyatda olan Paypal hesabına Azərbaycan Bank hesabını əlavə etmək mümkündürmü? Əgər mümkünsə Xarici ölkədə açılmış Paypal hesabında həmin karta withdraw əməliyyatı keçərlidirmi?

E. Hacı (2016-11-15 08:36:35)
Əlbəttə mümkündür dediyiniz yol. Zatən bütün dünya belə edir də, paypali olanlar. Həm də dediyiniz qədər zaman almır, daha tez başa gəlir. Amma komissiya yoxdur demək olmaz. Ən azından bir faiz bankomatdan çıxaranda var komissiya. Ölkə və banklardan asılı olaraq digər komissiyalar da ola bilər.

Orxan Mirili (2016-11-15 02:29:55)
Salam. Pul kocurmeleri ile elaqedar bir fikrim var meger bu mumkundurmu? Demeli bele, paypal hesabda withdraw ve basqa bir paypal istifadecinin hesabina pul kocurtmek olur. Sualim budur ki, Bakida yasayan biri normal paypal hesabi acib o hesaba bank hesabindan pul gondere bilermi? Yeni paypal balansina pul kocurtmek olurmu? Ve sonra basqa bir olkede yasayan birinin paypal hesabina pul gonderse ve o olkedeki adam paypal hesabindan withdraw etse yeni paypal balansdan bank hesabina pul kocurtse bele bir sey ola bilermi? Eger olsa pul kocurtmeyin en asan qisa ve odenissiz yolu olar. Tebiki pul kocurtmeleri 1 hefte ya 10 gun vaxt ala biler.Amma nezere alsq ki, western union kimi pul kocurtmelerde texminen kocurulen pulun yarisina qeder odenis olunmalidir onda bu yol daha serf eleyen yol olar. Fikrileriniz maragli olar.

E. Hacı (2016-11-13 08:38:07)
İstənilən bankda pulsuz hesab açıb rekvizitləri alırsız vərəqdə. Sonra onu göndərirsiz xaricdəkine. O da gedir bankdan göndərir sizin rekvizitə. Vəssalam. Hesab olmadan da mümkündür western union kimi ödəmə sistemləri ilə. Amma hər ehtimala qarşı bu yazını da oxuyun,birden belə bir hal olar http://cavablar.net/2010/08/11/internet-firildaqlar/#.WCfthOlRXqA